Suriyanın devrilmiş keçmiş prezidenti Bəşər Əsədi Moskvada zəhərləməyə cəhd ediblər.
Qeyd edək ki, bir sıra media orqanlarının ardınca “Блокнот Россия” da bu barədə xəbər yayıb.
Əsədin vəziyyətinin ağır olduğu, lakin sağ qaldığı bildirilir.
“Hələlik cinayətin siyasi olub-olmadığı, yoxsa ailədəki münaqişə ilə bağlılığı məlum deyil: arvadı boşanıb Londona getməyə çalışıb, lakin Əsəd buna qarşı çıxıb”, - məlumatda deyilir.
İndiyədək eks-prezidenti kimin öldürməyə cəhd etməsi ilə bağlı müxtəlif versiyalar irəli sürülüb: siyasi rəqiblərdən tutmuş ailə motivlərinə qədər.
Türkiyə və Britaniya mediası da “təsdiqlənməmiş” mənbələrə istinadən Suriyanın eks-prezidentini zəhərləmək cəhdindən yazır.
Əsədi boşanıb Londona getmək istəyən həyat yoldaşı zəhərləyib? - SENSASİON İDDİA