Barış bulağı əməliyyatı ilə əlaqədar Türkiyəyə silah satışını dayandıran Kanada dövlətinin Müdafiə Nazirliyi YPG terror təşkilatının üzdəniraq rəhbəri Məzlum Kobaniyə “təmiz döyüşçü” mükafatını verib.
Nazirlik “ömrünü müharibələrdə bəşəriyyətə xidmətə həsr eləmiş şəxslərə” hər il verdiyi “Təmiz döyüşçü mükafatı”nı bu il YPG terror təşkilatının ana sütunu olduğu Suriya Demokratik Qüvvələrinin qondarma rəhbəri, Məzlum Kobani kod adlı Fərhad Abdi Şahinə verib.
Kanada Müdafiə Nazirliyi mükafatını alması üçün terrorçu Kobanini Kanadaya dəvət edib.
Bir müddət bundan əvvəl Türkiyə prezidenti R.T.Ərdoğan Kobanini “terrorçu” adlandırmış və ABŞ-a üz tutaraq demişdi: “Məzlum kod adlı şəxs qırmızı bülletenlə axtarışda olan terrorçudur. Amerika bu adamı bizə təslim eləməlidir”.
Tramp is sosial media hesabındakı paylaşmasında yazmışdı: “Xoş sözlərin və cəsarətin üçün təşəkkürlər, general Məzlum. Lütfən, kürd xalqına ən dərin hörmətimi çatdır. Yaxında səni görməyə tələsirəm”.
Kobani də qarşılığında yazmışdı: “Xalqımıza qarşı amansız olan türk hücumunu və sihadçı qrupları dayandıran güclü səyləri üçün prezident Trampa təşəkkürlərimizi bildiririk”.
Suriyanın şimalında, Türkiyənin cənub sərhədləri boyunca yaradılmış terror dəhlizini aradan qaldırmaq üçün aparılan Barış bulağı əməliyyatı ilə əlaqədar Kanada hökuməti Türkiyəyə silah satışını dayandırmışdı. Bundan əvvəl də Avropa İttifaqı üzvü olan 6 ölkə Türkiyəyə qarşı buna bənzər qərar vermişdi./Hurriyyet.org
ŞOK: Kanada YPG/PKK terrorçularının rəhbərini mükafatlandırdı

Bölmənin xəbərləri