ŞOK: İsrail ordusu İrana girə bilər

17/01/2019 - 09:52 2 698 0   0  

 Tehranın Suriyadakı varlığını məhv etmək üçün İsrail ordusu İrana girə bilər.
Bu barədə İsrailin düşüncə təşkilatı olaraq tanınan Milli Təhlükəsizlik İnstitutunun bu il üçün yaydığı hesabatda bildirilib.
İsrailin 2019-cu ildə qarşılaşa biləcəyi mümkün problemlərlə bağlı hesabat yayan təşkilat ən ciddi təhdidin İran, Suriya və Hizbullahla baş verəcək müharibə olduğunu qeyd edib. Bundan əlavə, müharibə başlayacağı təqdirdə İsrailin HƏMAS-la da döyüşmək məcburiyyətində qalacağı bildirilib.
Hesabatda ABŞ Prezidenti Donald Trampın əsgərlərini Suriyadan geri çəkməsindən sonra İsrailin İrana girməsinə ehtiyac yaranacağı vurğulanıb.