SOCAR Qərbdən neft kəmərlərinin qorunması üçün kömək istədi

20/07/2020 - 00:12 5 113 0   0  

Reuters xəbər verir ki, Azərbaycanın dövlət neft şirkəti “SOCAR” enerji resurslarının ixracında Qərbə kömək üçün müraciət etdi, çünki, Azərbaycandan Gürcüstana gedən neft-qaz kəmərləri münaqişə zonasının yaxınlığında yerləşir.

Xəzər siyasi mərkəzinin konfransında çıxış edən ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirov qeyd edib ki, qarşıdurmalar SOCAR-ın Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəməri, Bakı-Tbilisi- Ərzurum qaz kəməri və digər infrastrukturların yaxınlığında baş vermişdir. Nəsirov həmçinin, Gürcüstan və Trükiyədən keçən digər iki boru xəttinin də daxil olduğu Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik boru kəmərinə işarə etdi. “Bu fürsətdən istifadə edərək Vaşinqtonda və digər yerlərdəki həmkarlarımızı buraya dəvət etmək istəyirəm ki, regionun nə qədər kövrək olduğunu və Avropanın enerji təhlükəsizliyini təmin edən hərbi və fiziki təhlükəsizliyini necə qoruyacağımızı düşünək”, deyə Elşad Nəsirov bildirdi.