Adını çəkib şərəfləndirmək istəmədiyim, özünü “iqtisadçı” adlandıran biri xüsusi karantin rejimi dövründə ölkədə 70 mindən çox adamın cərimələnməsinə münasibət bildirərkən, karantin rejiminə nəzarət edən polis əməkdaşlarının fəallığını “yığılan cərimələrdən həm Daxili İşlər Nazirliyinin, həm də Prezident Administrasiyasının işçilərinin sosial müdafiəsinə vəsait ayrılması” iddiası ilə guya əsaslandırmağa çalışıb.
Bu sözləri açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
Suveren.az bu barədə "Euronews"a istinadla bildirir. O bildirib ki, “iqtisadçı yoldaşın” iddiaları tamamilə əsassız, cəfəngiyyat və qərəzlidir:
“Ondan soruşuram, karantin rejimi tətbiq olunmazdan əvvəl qeyd etdiyin qurumların işçilərinin sosial müdafiəsinə dövlət pul ayırmırdı? Əlbəttə ayırırdı. Özü də nəinki rəsmi qurumlarında çalışanların, eləcə də bütün vətəndaşların sosial müdafiəsinə dövlət külli miqdarda vəsait ayırıb və ayırır da. O ki qaldı sən deyən cərimələrin hara xərclənməsinə, əgər həqiqətən də bilmirsənsə, onda məlumat üçün deyim: karantin rejiminin pozulması ilə əlaqədar yığılan cərimələr yalnız və yalnız koronavirusa yoluxan vətəndaşlarımızın müalicəsinə və xəstəxanaların təminatına xərclənir, başqa heç bir nazirliyə və ya administrasiyaya yox!
Polis əməkdaşlarının canfəşanlığına gəldikdə isə deyim ki, onlar öz andlarına sadiq qalaraq həmişə cinayətkarlıqla qətiyyətli mübarizə apardıqları kimi, bu gün də vətəndaşlarımızı koronavirusdan qorumaq üçün dörd aydır gecə-gündüz günün, yağışın, küləyin altında küçələrdə, yol kənarlarında qətiyyətlə xidmət aparırlar. Sən isə kondisionerin altında oturub çay içə-içə hədyan danışırsan, yazırsan! Polis əməkdaşlarının o canfəşanlığı olmasaydı, bəlkə də gündəlik virusa yoluxanların sayı bu gün minlərlə, ölənlərin sayı yüzlərlə olardı. Sən özün də bu gün koronavirusa yoluxmamısansa, həyatını itirməmisənsə elə Azərbaycan dövlətinə, onun polisinə və həkiminə minnətdar olmalısan”
"Sən kondisionerin altında çay içəndə..."DİN-dən sərt cavab

Bölmənin xəbərləri