Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Kazan şəhərində Avrasiya İqtisadi Birliyi hökumət başçılarının toplantısı zamanı “İzvestiya” qəzetinin müxbirinin gözlənilməz sualı ilə qarşılaşıb və özünü itirib. Belə ki, jurnalist ona müavini Tiqran Avinyanın seçkilərdən sonra baş nazir olacağı haqda sual verib.
“Müxalifət nümayəndələri baş nazir postuna sizin müavininiz Tiran Avinyanın namizədliyini təklif edir”,-jurnalist Paşinyana bildirib. Ermənistan baş naziri bu məlumat qarşısında açıq-aşkar özünü itirib, nəsə deməyə çalışıb. Amma jurnalist davam edib və ona sual verib: “Tiqran Avinyan baş nazir olacağı halda Rusiya ilə hansı münasibətlər quracaq?”
Paşinyan deyib ki, Avinyan onun müavinidir, onun siyasi komandasının üzvüdür və aralarında fikir ayrılıqlarının yaranacağını gözləmir. “Bağışlayın, Tiqran Avinyan mənim siyasi tərəfdaşımdır. Mən düşünürəm ki, biz seçkilərə birlikdə gedəcəyik və aramızda fikir ayrılıqları olmayacaq”,-o bildirib.
Bu vaxt jurnalist Paşinyana istefa verdiyini xatırladıb, amma o deyib ki, baş nazirin səlahiyyətlərini icra etməkdə davam edir./Virtualaz.org
“SİZİN MÜAVİNİNİZ TİQRAN AVİNYAN BAŞ NAZİR OLACAQ?” - Paşinyan “İzvestiya” müxbirinin sualından özünü itirdi

Bölmənin xəbərləri