Şirvanda avtoqəzada yaralanmış sürücü xəstəxanada ölüb

19/01/2019 - 09:48 2 134 0   0  

Şirvan şəhərində 6 gün əvvəl baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yaralanan sürcü xəstəxanada keçinib.”Report”un Mil-Muğan bürosunun məlumatına görə, yanvar 12-də Şirvan şəhərinin H.Əliyev prospektində “Mercedes” markalı, “99-KM-173″ dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ-21011″ markalı, “54-BH-327″ dövlət qeydiyyat nişanlı maşının toqquşması nəticəsində 3 nəfər xəsarət almışdı.
Qəza zamanı xəsarət alanlardan biri – “VAZ-21011″ markalı avtomobilin sürcüsü, 1972-ci il təvəllüdlü Azər Şəmiyev Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsində özünə gəlmədən ölüb.
Faktla bağlı Şirvan Polis şöbəsində araşdırma aparılır.