"Sinif rəhbərim Elinayla rəfiqəlik etməyimə qadağa qoyurdu" - Elinanın rəfiqəsi

13/04/2019 - 00:22 5 407 0   0  

"Elina özünü atmamışdan öncə ən sonuncu danışdığı şəxs Cahad olub və ona Cahad özü zəng edib". 

Bunu news24.az-a açıqlamasında Elina Hacıyevanın rəfiqəsi Zülfiyyə Şirinova deyib. O bildirib ki, Elina ölümündən bir neçə gün əvvəl onunla söhbət edib: "Elina mənə dedi ki, özümü öldürmək istəyirəm. Hətta özünü atmaq istədiyini bildirdi. Elina mənə bildirdi ki, məktəbdə onu incitdikləri üçün özünü öldürmək istəyir. Elina özünü qonşu məktəbin şagirdi Cahad Əlizadənin onunla kobud davrandığı və məktəbdə onunla ələ saldıqları səbəbindən öldürüb". 

Z.Şirinova bildirib ki, onun mərhum rəfiqəsi hamı kimi olmadığı üçün hamı onu ələ salırmış: "Elina hamıdan fərqli idi. Çox sakit və başı aşağı. Elə ona görə də, ələ salırdılar. Elə Cahadda onu ələ salırdı, gülürdü. Əvvəlki direktorun vaxtında belə vəziyyət yox idi. Məktəbdə hər şey çox yaxşı idi. Sevinc Abbasova gələndən sonra vəziyyət tamamilə dəyişdi. Hamı deyir ki, direktorun oğlu onun ələ salırmış, amma elə şey yox idi. Onun bu işlə heç bir əlaqəsi yoxdur".

Zülfiyyə Şirinova onu da deyib ki, sinif rəhbəri ona Elinayla rəfiqəlik etməsinə qadağa qoyurdu: "Hətta sinif rəhbərim anama belə zəng edib demişdi ki, Zülfiyyəni Elinayla rəfiqəlik etməyə icazə verməyin".