Senatordan sərt çıxış: Çindən qisasımızı belə alaq!....

11/04/2020 - 17:37 11 243 0   0  

Çin hakimiyyəti ABŞ üçün öldürücü olan koronavirus epidemiyasına görə məsuliyyət daşıyır.

Suveren.az bildirir ki, bunu ABŞ-ın respublikaçı senatoru Lindsi Qrehem deyib. O, Pekindən qisas alınması gərəkdiyini və ABŞ-ın bu ölkəyə olan borcunun bir qisminin silinməsi lazım olduğunu bildirib. Qrehem bunun hesabına işsizliyin artırılmasının kompensasiya edilməsi gərəkdiyini deyib:

“Pandemiya Çin ucbatından yaranıb. Bu, artıq Çindən gələn üçüncü xəstəlikdir. Pekin indi gərək Vaşinqtona ödəniş etsin. Çin gərək davranışını dəyişsin”.