Senat ABŞ-ın Azərbaycandakı səfirini təsdiq etdi

03/01/2019 - 16:44 15 994 0   0  

ABŞ senatı çərşənbə günü İrli (Li) Litsenbergeri (Earle (Lee) Litzenberger) Azərbaycanda yeni səfir olaraq təsdiq edib.Qərar Konqresin 115-ci sessiyasının bağlanmasına cəmi bir neçə saat qalmış qəbul edilib, xəbəri Turan-ın Vaşinqton müxbiri verib.
Dünən Senat ümumilikdə 23 səfirliyə namizəd üzrə səsvermə keçirib.

Senatın təsdiq etməsi o deməkdir ki, yüksək diplomatik xidmətdə nazir-müşavir rütbəsində karyeralı əməkdaş olan Litsenberger yaxın günlərdə Bakıya gələcək. O, 9 Robert Sekutanın ölkəni tərk etməsindən 9 ay boş qalan səfir vəzifəsini tutacaq.

Litsenbergerin Dövlət Debartamentində son işi hərbi-siyasi məsələlər üzrə Büroda baş müşavir olub. O, oktyabrda senatorlara bildirib ki, onun fikrincə, Azərbaycanın Qərblə inteqrasiyası “enerji boru kəmərləri, ixracat və təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivələrindən kənara çıxa bilər və çıxmalıdır”.

“Birləşmiş Ştatlar Azərbaycanla qanunun aliliyi, şəffaflıq və insan hüquqlarının və ləyaqətinin müdafiəsi vasitəsilə demokratiya və açıq iqtisadiyyat prinsiplərinin təşviqi məsələsində də sıx əməkdaşlıq etməlidir. Uzunmüddətli sabitliyi təmin etmək və insan resurslarının və iqtisadiyyatının bütün potensialını üzə çıxarmaq üçün bu islahatların həyata keçirilməsi Azərbaycanın maraqlarına uyğundur”, deyə Litsenberger qeyd edirdi.

O, həmçinin Amerika dəyərlərini bölüşmək və Azərbaycanın zəngin tarixi və mədəniyyəti haqqında daha çox şey öyrənmək üçün Azərbaycan cəmiyyətinin geniş dairəsi ilə görüşməyə çalışmağı vəd edib(Tturan İA).