Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azər Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Suveren.az oxu.az-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, A. Əzizov 5 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, indiyədək dörd dəfə məhkumluq həyatı yaşamış A. Əzizov qonşusu, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət aparan, kapitan Səməd Səmədovun qardaşı Fizuli Səmədliyə sürücülük vəsiqəsi lazım olduğunu eşidərək, onunla münasibət qurub.
Zamanda S. Səmədovun etibarını qazanaraq, pul müqabilində sürücülük vəsiqəsi düzəldə biləcəyini deyib. O, Respublika Dövlət Yol Polisi İdarəsində işləyən tanışları vasitəsilə bu işi görəcəyini bildirərək, sonuncudan 860 manat məbləğində pul alıb. Lakin sonradan vədinə əməl etməyib.
Bundan başqa, A. Əzizov təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə S. Səmədovun tanışı Məhərrəmov Mərdan adlı zərərçəkmişdən 60 manat müqabilində guya sürücülük kursunda iştirak etdiyi barədə qanunsuz sənəd hazırlamaq, 800 manat isə sürücülük vəsiqəsi düzəltmək üçün pul alıb. Bu yolla Azər Əzizov ümumilikdə 10-dan çox adamın pulunu alaraq dələduzluq edib. A. Əzizov zərərçəkmiş şəxslərin şikayəti əsasında həbs olunub.
Saxta sürücülük vəsiqəsi düzəldənə 5 il iş verildi