Fransanın keçmiş prezidenti Nikola Sarkozinin gözlənilmədən Bakıya səfər etməsi hələlik izah olunmur.
Onun prezident İlham Əliyev və Mehriban Əliyeva ilə görüşləri zamanı konkret mövzu haqda danışılmayıb.
N.Sarkozi Fransız Universitetində bugünkü çıxışı zamanı səfərinin məqsədlərini açıqlamayıb.
Fransa səfirliyindən səfərin xarakteri və N.Sarkozini müşayiət edən şəxslər barədə məlumat almaq mümkün olmayıb.
Belə vəziyyətdə düşünmək lazım gəlir və bu da ona gətirib çıxarır ki, çox güman ki, N.Sarkozi Azərbaycanda maraqları olan hansısa maliyyə-sənaye qrupunun və ya hərbi-sənaye kompleksinin lobbiçisi rolunda çıxış edir.
Səfərin ideoloji tərəfinə gəlincə, xatırlatmaq istərdik ki, N.Sarkozinin prezidentliyi dövründə hökumət erməni soyqırımının inkar edilməsinə görə cinayət məsuliyyəti tətbiq etmişdi. Bu qanun parlament tərəfindən qəbul edilərək təsdiqlənmişdi. Lakin Fransa Konstitisiya Məhkəməsi tərəfindən ləğv edilmişdi.
Həmin vaxt Azərbaycanda və Türkuyədə yüksək səviyyədə Parisi ermənipərəst mövqedə ittiham edərək Fransanın ATƏT-in Minsk Qrupunun tərkibindən çıxarılmasını tələb etmişdilər.
O vaxtdan nəyin dəyişdiyini söyləmək çətindir, ancaq Parisə döndükdən sonra N.Sarkozinin gözlənilmədən Xocalı soyqırımı haqda danışması mümkündür.(turan.az)
Sarkozi Bakıya niyə gəlib?

Bölmənin xəbərləri