“Sarı jiletlər”i su şırnağı ilə qovdular

30/11/2018 - 20:26 14 701 0   0  

Belçikanın paytaxtı Brüssel şəhərində polis nümayiş keçirən “sarı jiletlər”i dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

BFM TV xəbər verir ki, təqribən, 300 nəfərlik qrupdan üstündə bıçaq və digər qadağa qoyulan əşyalar olan 60-dək etirazçı saxlanılıb.

Belçikalı “sarı jiletlər” Fransada benzinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirən həmkarlarına həmrəylik nümayiş etdiriblər. Onlar “Makron isrefa!”, “Mişel istefa!” (Belçikanın Baş naziri Şarl Mişel) şüarları ilə nümayişlər keçirir, bu zaman polisə mane olmaq üçün yollara beton bəndlər düzür, ətrafdakı avtomobilləri yandırırlar.