Küçə itləri bulvarda, blokların qarşısında belə insanlara hücum edir; ekspert: “Hücum edərkən sahibsiz itləri qıcıqlandırmamaq üçün ilk növbədə sakit dayanmaq lazımdır”
Bakıda sahibsiz itlərin günbəgün artması insanlara problem yaradır. Bakının bir çox mərkəzi küçələrində sahibsiz itlərin yolla gedən insanlara hücum etməsi ilə bağlı sosial şəbəkələrdə də xeyli məlumatlar paylaşılır. Redaksiyamıza daxil olan məlumatlara görə, küçə itləri hətta bulvar ərazisini də zəbt ediblər. Gecə saatlarında “Bulvar” hotelin arxasında olan itlər insanlara hücum edir, onların həyatlarına təhlükə yaradırlar.
Öncə məlumat üçün qeyd edək ki, küçə itlərinə nəzarəti Bakı Şəhər Mənzil Kommunal Departamentinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi həyata keçirir. Lakin hazırda bu qurumun və eləcə də icra hakimiyyətlərinin küçə itlərinə qarşı mübarizəsi məhdudlaşdırılıb. Belə ki, əgər əvvəllər qurumun əməkdaşlarına quduz, təhlükə yaradan itləri tüfəng vasitəsilə öldürməyə icazə verilirdisə, indi bu, belə deyil. Hazırda sahibsiz itlərlə bağlı Qaradağ rayonunda sığınacaq mərkəzi fəaliyyət göstərir. Onlar isə itlərə zərər vermədən toplayıb qısırlaşdırırlar. Qeyri-rəsmi məlumatlara görə, hazırda Bakıda 1 milyona yaxın sahibsiz it var. Belə olan təqdirdə təbii ki, qeyd etdiyimiz qurum bütün itləri toplayıb, qısırlaşdıra bilmir. İtlərin isə hər il ən azı 3 bala verdiyini nəzərə alarsaq, küçə itlərinin sayı sürətlə artmaqda davam edir.
2017-ci ilin avqust ayında Nazirlər Kabinetində sahibsiz heyvanlarla mübarizəyə və görüləcək profilaktik tədbirlərə dair müşavirə keçirilmişdi. Müşavirədə baş nazirin müavini Əli Əhmədov, Səhiyyə Nazirliyinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri iştirak etmişdilər.
Baş nazirin müavini Əli Əhmədov bildirmişdi ki, əhalinin sağlamlığının qorunması, virus daşıyıcısı olan sahibsiz heyvanların təcrid edilməsi üçün müvafiq qurumlar tərəfindən ciddi addımlar atılmalıdır. O, həmçinin qeyd etmişdi ki, bu məsələnin həllində aparıcı ölkələrin təcrübəsindən də yararlanmaq lazımdır: “Azərbaycan ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyasına qoşulub. Sahibsiz heyvanlar üçün sığınacaqlar yaradılmalı, onlar peyvənd olunmalı, yayıla biləcək xəstəliklərin qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir”.
Görülən tədbirlərə baxmayaraq, qeyd etdiyimiz kimi, Bakıda küçə itlərinin sayı durmadan artır və onlar artıq insanlara hücum da edirlər.
Bəs küçə itlərinin hücumları ilə üzləşən zaman nə etmək lazımdır?
“Alyans” Canlı Aləm və Etika Xeyriyyə Cəmiyyətinin rəhbəri Mənsurə Rəsulzadə “Yeni Müsavat”a bildirib ki, ümumiyyətlə, heyvanlarla davranış qaydası var: “Onların da müəyyən psixologiyası var. Heyvandan qorxub qaçan zaman o da sənin dalınca gəlir. Lakin daş atıb qaçmasan, o sənə hücum etməz. Sahibsiz itlərin artmasına qarşı mübarizə aparırıq. Onların qısırlaşdırılması işi nəticəsində 3-5 il ərzində sayları xeyli dərəcədə azalacaq. Müəyyən illərdən sonra isə ümumiyyətlə, küçələrdə it olmayacaq. Lakin hazırda bunu yığıb, öldürmək doğru olmaz. Bizi yaradan onları da yaradıb. İkincisi də dövlətin qanunu var ki, heyvanlarla qəddar rəftar qadağandır. Bu isə dövlət təcrübəsindən götürülüb. Ona görə də biz yeni bir şey kəşf etməyək”.
Mütəxəssislər bildirirlər ki, it və digər heyvanlar qorxunu hiss edir. Ona görə də sizə doğru hürən, hücum edən bir iti görəndə çətin də olsa, sakitləşməyə çalışın. Əgər qışqırıb əl-qol atsanız, yaxud da qaçmağa başlasanız, it sizi ov kimi görəcək və sizə hücum edəcək.
Qaçarkən aqressiv bir itlə qarşılaşmısınızsa, addımlarınızı yavaşladın. İtin bir yanından yavaş-yavaş gedərək bir gözünüzlə də ona nəzarət edin. Dik şəkildə durmaq itin sizə diqqətini dağıdacaq. İtin gözünün içinə baxmaq onu daha da özündən çıxarar.
Bundan əlavə, hücum edən itin başını hər hansı bir əşya ilə də qatmaq mümkündür. Bu, qida, yaxud da ayaqqabı, bel çantası, plastik şüşə kimi dişlənəcək bir şey də ola bilər. Əgər it aqressiv davranmağa davam edərsə, göz təmasından uzaqlaşın. Getməsi üçün istiqamət verin. Səs tonunuza diqqət edin, güclü və özünüzdən əmin görünün. Çox kobud, şiddətli səslərdən xoşları gəlmir.
Mütəxəssislərin fikrincə, it hücum edən zaman “geri çəkil, get” deyə bilərsiniz. Sərt səs tonunda deyil, sakit bir şəkildə bu tapşırığı versəniz, it bunu anlaya biləcək.
Bir çox itlər isə hücum edəndə insanın çöməlib dayanması tövsiyə edilir. Amma bu hal heç də həmişə faydalı olmur, bəzi itlər çömələn adamdan qorxub qaçsa da, bəziləri hücumu davam etdirir.
Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsindən “Yeni Müsavat”a aşağıdakılar bildirilib:
“Dənizkənarı Bulvar İdarəsi Milli Park ərazisində insanların rahat və təhlükəsiz istirahətinin təmin edilməsi üçün mütəmadi tədbirlər görür. Ərazidəki sahibsiz itlərin zərərsizləşdirilməsinə gəlincə, bununla müvafiq strukturlar məşğul olur və İdarə tərəfindən onlarla müqavilə bağlanılıb. Müvafiq tədbirlərin görülməsi üçün onlarla mütəmadi əlaqə saxlanılır. Sahibsiz itlərin tutulub zərərsizləşdirilməsi üçün mütəxəssislər Dənizkənarı Milli Park ərazisinə dəvət olunur və bu sahədə müvafiq işlər aparılır”.
Sahibsiz itlər Bakı küçələrində təhlükə saçır