ŞABRANDA DƏHŞƏT: Keçmiş məhbus ana və oğlunu güllələdi

11/04/2020 - 23:22 8 296 0   0  

Şabranda qətl hadisəsi törədilib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Zeyvə kəndində baş verib.

Belə ki, bu yaxınlarda həbsdən buraxılan Nahid Məmmədov 1963-cü il təvəllüdlü İstək adlı qadını və onun oğlu, 1983-cü il təvəllüdlü Məhəbbət adlı şəxsi ov tüfəngindən atəş açaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.