“Sabah” - “Neftçi” oyununda 3 qol, 3 qırmızı vərəqə

01/12/2018 - 22:40 5 641 0   0  

Suveren.az xəbər verir ki, turun ilk oyununda “Sabah” öz meydanında “Neftçi”ni qəbul edib.

Qarşılaşma qarşılıqlı hücumlarla başlayıb. Oyunun 21-ci dəqiqəsində Anton Krivotsyuk “ağ-qaraları” hesabda önə çıxarıb. 39-cu dəqiqədə Mirabdulla Abbasov qonaqların ikinci qolunu vurub. Meydan sahibləri qarşılaşmanın 76-cı dəqiqəsində Marko Deviç ilə hesab arasındakı fərqi azaldıb. Oyun bu hesabla başa çatıb.

Diqqət çəkən məqam qarşılaşma zamanı 3 qırmızı vərəqənin göstərilməsi olub. Meydan sahiblərinin heyətində 70-ci dəqiqədə Vanderson, “Neftçi”dən isə 33-cü dəqiqədə Tural Axundov və 83-cü dəqiqədə Baqali Dabo qırmızı vərəqə alaraq, meydandan qovulub.