Saakaşvili Ukraynaya qayıdacaq

29/10/2018 - 19:15 22 345 0   0  

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili gələn ilin may ayında Ukraynaya qayıdacaq.

Suveren.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə onun silahdaşı, Ali Radanın deputatı, Yeni Qüvvələr Hərəkatı Partiyasının üzvü Yuri Derevyanko bildirib.

"Saakaşvili 2019-cu ilin may ayında, prezident seçkilərindən sonra Ukraynaya qayıdacaq. Parlament seçkilərinə qədər o, ölkənin siyasi həyatında aktiv iştirakçı olacaq", - Y.Derevyanko deyib.

Xatırladaq ki, 2017-ci ilin iyul ayının sonlarında Pyotr Poroşenko Saakaşvilinin Ukrayna vətəndaşlığının ləğvi barədə fərman imzalayıb. Ukrayna hökuməti onu Polşaya göndərib, payızda isə Saakaşvili sərhədçilərin və hüquq-mühafizə orqanları əməkdaşlarının yaratdığı kordonu dəf edərək qanunsuz yolla Ukrayna ərazisinə daxil olub. Ukraynanın Sərhəd Xidməti Saakaşviliyə 2021-ci ilə qədər ölkəyə daxil olmağı qadağan edib.

M.Saakaşvili avqust ayında Prezident Pyotr Poroşenkonun vəzifədən getməsindən sonra Ukraynaya qayıdacağını elan edib.