Rusiyadan Ayasofya barədə "tərbiyəsiz" açıqlama

03/07/2020 - 02:05 6 934 0   1  

ABŞ, Fransa və Yunanıstandan sonra Rusiya da Ayasofya barəsində açıqlama verdi. Rusiya XİN mətbuat katibi Mariya Zaxarovanın Ayasofya Məscidi üçün kilsə ifadəsini işlədərək böyük bir qalmaqala imza atdı. Dövlət Şurasının 15 gün içərisində Ayasofya qərarını açıqlaması gözlənilir. Qərb dövlətləri ard-arda açıqlamalar verir.

Suveren.az bu barədə "Yeni Akit"ə istinadla bildirir. Türkiyənin daxili işlərinə "burnunu soxma tərbiyəsizliyini" göstərən ölkələrdən biri də Rusiya oldu. Ruslar UNESCO vasitəsilə Türkiyəyə Ayasofyanın müzey olaraq qalması gərəkdiyi barədə çağırış etdi.

Ayasofya Məscidindən 'kilsə' deyə bəhs etməsi sərt reaksiyaya səbəb olan Rusiya XİN təmsilçisi Zaxarova, "Prinsip olaraq, bu kilsənin dünyəvi miras olaraq fövqəladə mədəni və tarixi əhəmiyyəti baxımından hərəkət edirik" dedi.

Açıqlamaları ilə qalmaqal yaradan Zaxarova, Ayasofya Məscidi haqqındakı sözlərini “Bilindiyi kimi bu kilsə, qarışıq tarixə sahib Bizans memarlığının bənzərsiz nümunəsidir. Hal-hazırda İstanbulun başlıca abidələrindən biridir və hər il Rusiya daxil dünyanın hər yerindən çok sayda turist tərəfindən ziyarət edilir” şəklində ifadə etdi.