Rusiyada həyəcan – Silahlı şəxs sərnişin təyyarəsini qaçırır

22/01/2019 - 15:49 11 872 0   0  

Rusiyada silahlı şəxs sərnişin təyyarəsinin marşrutunu dəyişdirməyə cəhd edib. 

Suveren.az "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 14.55 radələrində Surqutdan havaya qalxan və Moskvaya uçmalı olan təyyarə Yuqorsk yaşayış məntəqəsi üzərində geri dönərək Surqut istiqamətində uçur. 
"Pen TV” isə məlumat yayıb ki,  "Aeroflot” aviaşirkətinə məxsus təyyarədə olan Pavel Ş. adlı silahlı şəxs marşrutun dəyişməsini tələb edib.
Təyyarə yerli vaxtla saat 16.20-dı Moskvaya enməli idi. 
"Aeroflot” aviaşirkəti rəsmi olaraq məsələ barədə şərh vermir.