Rusiya və Gürcüstandan sonra indi də İranda...

28/10/2018 - 00:31 16 417 0   0  

Şimali Qafqaz və gürcüstanda ötən 3 gün ərzində baş verən sel və daşqınlardan sonra indi də təbii fəlakət cənub qonşumuzu yaxalayıb.

Suveren.az xəbər verir ki, ötən gündən başlayaraq, güclü yağış və daşqınlar xüsusilə Şərqi və Qərbi Azərbaycan, Ərdəbil də daxil olmaqla, bir neçə vilayətdə fəsadlar törədib.

İranın Xilasetmə və Yardım Təşkilatının sədri Murtaza Səlim 4 nəfərin xəstəxanaya yerləşdirildiyini, sel fəlakətindən ziyan çəkənlərə adyallar və yeməklər çatdırıldığını bildirib.

Qeyd edək ki, Rusiyanın Soçi şəhəri də daxil olmaqla, Kubin ərazisindəki bəzi rayonlarda ciddi daşqınlar baş verib, 6 nəfər həyatını itirib.

Gürcüstanda isə güclü yağış torpaq sürüşmələrinə səbəb olub, 8 yerdə yol və su bəndi, onlarla piyada keçidi dağılıb.