Rusiya "TikTok"-dan Çinə şikayət etdi - Sosial şəbəkədə hakimiyyət əleyhinə olan videolar silinir

01/05/2021 - 16:07 4 768 0   0  

Bir neçə ay əvvəl Kremlin Çin rəhbərliyinə müraciətindən sonra "TikTok" sosial şəbəkəsi Rusiya hakimiyyətini tənqid edən videoları silməyə başlayıb. Bu barədə "Bloomberg" bir rus məmuruna istinad edərək xəbər yayıb.

"Bloomberg", xüsusi "TikTok" istifadəçilərinin videolarının silinməsinə dair nümunələr təqdim edir. İddiaya görə, hətta onlardan birinin hesabı bloklanıb. Nəticədə, bu sosial şəbəkədəki Rusiya hakimiyyətini tənqid edən məzmunun miqdarı azalıb.

"TikTok"-un sözçüsü "Bloomberg"-ə şirkətin sosial şəbəkənin siyasətini dəyişdirmədiyini, içindəki məzmunun dövlət qurumlarının tələblərindən sonra silinə biləcəyini söyləyib. O, yanvardan bəri bu cür müraciətlərin sayının artdığını etiraf edib.

"TikTok" yanvar ayında müxalifət lideri Aleksey Navalnını dəstəkləyən mitinqlərə çağıran və Putini tənqid edən çox sayda videoya görə Rusiya hakimiyyətinin diqqətini daha çox cəlb dib. Bu sosial şəbəkə gənclər arasında populyar olduğu üçün rəsmilər iddia edirlər ki, Navalnı tərəfdarları yetkinlik yaşına çatmayanları bu şəbəkədə fəaliyyətə cəlb edirlər.

Amma bir məsələ də var ki, yazıda vurğulanır ki, yanvar etirazlarından sonra Rusiya səlahiyyətliləri praktik olaraq "TikTok" haqqında danışmağı dayandırıblar. Kreml isə hesab edir ki, problemlə effektiv şəkildə məşğul olmağı bacarıb.

Beləki "TikTok"-un populyar istifadəçiləri etiraf edilər ki, onlar Putini tənqid etməyə başladıqları təqdirdə gəlirlərini itirəcəklər və sosial şəbəkə onların videolarını bloklamağa başlayacaq. Xatırladaq ki, "TikTok" Çinin "ByteDance" korporasiyasına məxsusdur. (azadliq.org)