Rusiya İŞİD və “Əl-Qaidə” barədə ŞOK FAKTLARI AÇIQLADI

07/11/2018 - 20:08 6 982 0   0  

İŞİD və “Əl-Qaidə” terror qruplaşmaları tərəfdarlarının cəlb edildiyi informasiya sahəsində birləşirlər.

Bunu Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanlarının rəhbərlərinin müşavirəsində bildirib.

O qeyd edib ki, hər iki struktur eyni metodlardan və ideoloji mübarizə üsullardan istifadə edir.

“Ümumi internet-auditoriyaya yönəldilmiş vahid informasiya sahəsi yaradılır”, - FTX-nin direktoru əlavə edib.

Aleksandr Bortnikov həmçinin vurğulayıb ki, sözügedən təşklatlar bəzi hallarda eyni mənbələrdən maliyyələşdirilirlər.

Xatırladaq ki, cari ilin mayında Şanxay Əməkdaşlıq Təşkilatı Regional Anti-terror Komitəsinin icraçı direktoru Yevgeni Sısosyev xəbərdarlıq etmişdi ki, təhlükəsizliyə yeni potensial təhlükə İŞİD və “Əl-Qaidə” terror qruplaşmalarının birləşməsidir.

“Proqnozlaşdırılan təhlükələr arasında İŞİD və “Əl-Qaidə”nin vahid şəbəkədə birləşməsi mümkünlüyü də istisna edilmir. Yeni şəbəkə öz “yatan” və aktiv dəstələri ilə dünyanın bir çox ölkələrini əhatə edə bilər”, - deyə Sısosyev bildirib.(publika)