Fransa birtərəfli hərəkətləri ilə Cənubi Qafqazda sülh imkanlarını bloklamaqda davam edir. Parisin diqtəsi ilə Bakı və İrəvan arasında sülh danışıqları təxirə salındıqdan sonra Ermənistanın 44 günlük müharibədə darmadağın olmuş müdafiə sistemini yenidən dirçəltmək cəhdləri edilir.
Son həftələrdə bu istiqamətdə danışıqlar intensivləşib, ötən ay Fransanın xarici işlər naziri Kolonna İrəvanda bəyan etdi ki, Ermənistanın müdafiə ehtiyacları öyrənildikdən sonra hərbi müqavilə imzalanacaq və lazımi silah-texnikanın çatdırılmasına başlanacaq. Amma görünür, Makron hakimiyyəti o qədər tələsir ki, müqavilənin hazırlanmasını gözləməyib, artıq Gürüstan vasitəsi ilə Ermənistana bir partiya hərbi texnika aparılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın bu əməlini pisləyib. “Sözügedən hərbi texnikanın ötürülməsi Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda da təcavüzkar siyasətdən və ritorikadan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək”, - nazirliyin bəyanatında deyilir.
Bu hadisədə silahların Gürcüstan vasitəsi ilə daşınması diqqət çəkir. Amma XİN-in bəyanatında bu məqama toxunulmur. Bununla belə Gürcüstanın ekspert cameəsində hökumətin bu addımı tənqid edilir. Politoloq Simon Kapadze hökumətin bu qərarının sadəcə biabırçılıq olduğunu deyib. "Bu addımın arxasında nəyin dayandığını bilmirəm. Niyə məhz indi? Gürcüstanın sülh müqaviləsinin imzalanması üçün çalışdığı zamanda bunun baş verməsi ağlasızmazdır”.
Politoloqun sözlərinə görə, Gürcüstanın Azərbaycanla yaxın əlaqələrini sual altına qoymaq sadəcə ağılsızlıqdır.
olitoloq Fərhad Məmmədov isə “AzPolitika.info”ya şərhində bildirib ki, Ermənistanın Fransa tərəfindən silahlandırılması qəbuledilməzdir. “Nəzərə alsaq ki, sülh sazişi imzalanmayıb, bu, Azərbaycana qarşı aqressiv mövqedə olan ölkənin silahlandırılması kimi qəbul edilir”, - o əlavə edib.
Ekspert bu barədə Azərbaycan XİN-in açıqlamasında Gürüstanın adının çəkilməməsini belə şərh edir: “Ermənistanın 4 ölkə ilə quru sərhədi var, onlardan Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır. Qalır, İran və Gürcüstan. Hindistan İran vasitəsi ilə bu ölkəyə silahlar çatdırır. Ekspertlər bildirirlər ki, Avropadan Ermənistana silahların Gürcüstan vasitəsi ilə gətirilməsi planlaşdırılırdı. Hazırda Gürcüstandan keçməklə aparılan silah-texnika reqlamentləşdirilməli idi. Bununla bağlı Tbilisinin mexanizmlərinə nəzər yetirsək görərik ki, Gürcüstan hökumətinə Ermənistan və Fransa arasındakı müvafiq hərbi saziş təqdim edilməlidir. Eyni zamanda silahların ötürülməsi üçün Gürcüstan Müdafiə Nazirliyinin xüsusi icazəsi lazımdır. Bu iki məsələ həllini tapsa, Gürcüstan ərazisindən tranzit kimi istifadə edilməklə Ermənistana silahlar çatdırıla bilər”.
Politoloq hesab edir ki, bu amil Azərbaycan-Gürcüstan münasibətlərinə ciddi təsir göstərməyəcək: “44 günlük müharibə zamanı Tbilisi Rusiyadan Ermənistana silahların daşınmasını qadağan etmişdi. Rəsmi bəyan edilib ki, müharibənin aktiv fazasında bir ölkənin digərini silahlandırmasına imkan verə bilməz. Bu anlaşılan idi. Hazırda Ermənistanla Azərbaycan arasında sülh sazişi olmasa da aktiv müharibə getmir. Ona görə də qonşu ölkələrin öz tərəfdaşları ilə müqavilələrinə sülh dövründəki başqa müqavilələr kimi yanaşılır. Əlbəttə, Ermənistanın silahlandırılması qəbuledilməzdir, lakin Azərbaycan bu məsələni Gürcüstanın qarşısında qaldırmaqda çətinlik çəkəcək. Çünki aktiv müharibə getmir, ikincisi isə, Azərbaycan tərəfi Tbilisini Ermənistanla danışıqlar üçün ən məqbul yer hesab edir”.
RƏSMİ BAKI GÜRCÜSTANI NİYƏ QINAMADI? – Tbilisi Ermənistanın silahlanmasına şərait yaradır

Rasim Əliyev
Bölmənin xəbərləri