Ronaldonun paylaşdığı foto "Twitter"i silkələdi - FOTO

30/04/2022 - 18:36 2 824 0   0  

Xəbər verdiyimiz kimi, aprelin 18-də Kriştiano Ronaldonun ailəsində yenilik olub. Futbol əfsanəsinin həyat yoldaşı Georgina Rodriguez əkiz uşaq dünyaya gətirsə də, yeni doğulan uşaqlardan biri – oğlan dərhal sonra öldü.

Anası ilə birlikdə artıq xəstəxanadan çıxan qızı sağ qalıb və onlar evə gəliblər.

Suveren.az xəbər verir ki, 37 yaşlı portuqaliyalı tərəfindən körpənin şəkli “İnstagram”da yerləşdirilib. Ronaldo şəklin altına "Əbədi sevgi" yazıb. Bu foto izləyicilər tərəfindən böyük marağa səbəb olub və cəmi 4 saat ərzində 800 minə yaxın bəyənmə qazanmaqla, belə demək olarsa, "Twitter"i silkələyib.

Ronaldonun yeni doğulmuş qızı istisna olmaqla, artıq dörd övladı var: 2010-cu ildə anadan olan kiçik Kriştiano, əkizləri Eva və Mateo (2017-ci ilin yayında) və qızı Alan Martin (2017-ci ilin payızında).

Ronaldonun ilk üç övladı surroqat analardandır, Alana Martinanın və yeni doğulan qızının anası isə Rodrigesdir.

Ronaldo 2021-ci ilin avqust ayından İngiltərə klubunda çıxış edir, "Yuventus"dan 15 milyon avroya keçib.

Portuqaliyalı hücumçu bu mövsüm Premyer Liqada 28 matçda 17 qol vurub və 3 məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasında yeddi görüşdə altı qol vurub.

Ronaldonun "qırmızı şeytanlar"la müqaviləsi 2023-cü ildə başa çatır.

Suveren.az