“Rəisim mənə tapşırıb ki, vəziyyət pisdir, haqlı-haqsız pul yığ, mən də yığıram” - "AZƏRİŞİQ" ASC-NİN NƏRİMANOV ŞÖBƏSİNİN RƏİSİ SAHİBKARI ƏSASSIZ CƏRİMƏLƏYİB

01/02/2021 - 14:55 1 465 0   0  

Sərt karantin dövründə işləməyən sahibkar, "Neşve Azərbaycan" markasının sahibi Eldar Rəfiyevə “Azərişıq”dan əsassız olaraq borc çeki gəlib.
E.Rəfiyevin 
verdiyi məlumata görə, borcla bağlı rəsmi müaricətlər olunsa da, məsələ hələ də həllini tapmayıb. 199 çağrı mərkəzi isə yalnız müraciəti qeydə almaqla kifayətlənib.
Sahibkar şikayətində bildirir: “Məlumat üçün bildirmək istəyirəm ki, mən Rəfiyev Eldar Sabir oğlu Nərimanov rayonu Əhməd Rəcəbli 40 ünvanında yerləşən "Neşve Azərbaycan" markasının sahibiyəm. Bu marka Türkiyə-Azərbaycan dostluğu çərçıvəsində Azərbaycanda fəaliyyətinə başlayıb. Böyük türk brendinin Azərbaycan qolu olan "Neşve Azərbaycan"-nın açılış mərasimində şəxsən Türkiyə səfiri və səfirliyin yüksək nümayəndələri iştirak etmişlər.

Şikayətimlə bağlı “Azərişıq” ASC-nin Nərimanov rayonu İşıq idarəsinin rəisi Zaur Şıxaliyevin qəbulunda oldum. Deyir ki, mən rəisəm və heç kimi qəbul etmirəm. Təkidlə içəri keçdim, vəziyyəti izah etdim ki, biz sahibkar olaraq pandemiya şəraitinə görə 1 ildir zülm çəkirik. Sizin bizə yazdığınız cərimə əsassızdır və bunu sübut etdim. Lakin o, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, “biz sahibkar-filan bilmirik, qanuni yazılıb, ya qanunsuz, bilmirəm, ödəməlisiniz", - dedi. Mən ona bildirdim ki, hal-hazırda məkanda soyuducularda olan qidalar məhv olur, 20 nəfər işçi səhər tezdən işıq gözləyirlər ki, evlərinə pul aparsınlar. Sabah saat 2-dək işığı yandırın, əgər problemi baş idarədə həll edə bilməsəm, yenidən kəsərsiniz. Zaur Şıxəliyev qətiyyətlə “pulu ödəmədiyiniz halda işığı yandırmayacağıq”, deyərək, məni otaqdan cıxardı...
Bu məsələdə haqqlı olduğum ücün mətbuatda işıqlandıracağımı dedim. O isə, “rəisim mənə tapşırıq verib ki, haqlı-haqsız pul yığ, vəziyyət pisdir. Mən də yığıram”, - deyə bildirdi”.
Saytımız vasitəsilə Baş nazir Əli Əsədova, Baş Prokuror Kamran Əliyevə, DTX rəhbəri Əli Nağıyevə və digər aidiyyəti qurumlara müraciət edən sahibkar bildirib: “Sahibkarlara göstərilən bu etinasız münasibətə görə müraciət edirəm. Biz sahibkarlar ölkədə belə məmurlar tərəfindən sıxılırıq, bizə kömək edin, müflis olmadan vəziyyətdən cıxaq. Sahibkarı baltalamaqla ölkədə iqtisadiyyatı inkişaf etdirmək mümkün deyil. Ümid edirəm ki, müraciətimə münasibət bildiriləcək”.
 
Suveren.az

Redaksiyadan: Qarşı tərəf kimi adları çəkilən şəxslərin də fikrini ictimailəşdirməyə hazırıq.