Suriyanın hökumət gücləri Türkiyə və Rusiya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında imzalanan Soçi anlaşmasına əsasən, İdlibdə yaradılan təhlükəsizlik zonasına ağır silahlarla hücum ediblər.
Suveren.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hücumda ən azı 10 dinc sakin ölüb, onlarla insan yaralanıb.
Soçi razılaşmasından bu yana hökumət güclərinin hücumlarında ümumilikdə 19 dinc sakin öldürülüb.
Xatırladaq ki, Soçi razılaşması sentyabrın 17-də əldə edilib. Razılaşmaya əsasən, İdlib ətrafında 15-20 kilometrlik təmas xətləri qurulacaq və bu bölgələrə silah daxil edilməyəcək. Bəşər Əsəd gücləri və müxaliflər bu dəhlizlərə daxil olmamalıdır. Dəhlizlər türk və rus əsgərləri tərəfindən qorunacaq.
Ərdoğan-Putin razılaşmasına zərbə

Bölmənin xəbərləri