Ərdoğan Milli Təhlükəsizlik Şurasının iclasını çağırdı - QARABAĞDAKI TÜRK HƏRBÇİLƏRİNİN MİSSİYASI MÜZAKİRƏ OLUNACAQ

27/01/2021 - 11:52 3 509 0   0  

Yanvarın 28-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, iclasda Şərqi Aralıq dənizi, Türkiyə hərbçilərinin Azərbaycan, Liviya və Suriyada fəaliyyəti müzakirə ediləcək.

Türkiyə və Yunanıstan arasında danışıqlar da iclasın əsas mövzularından biri olacaq.