"Bütün köhnəliklər yaxşı unudulmuş keçmişdir”, - polis xronikasının müəllifi, XVIII əsr Fransa burjua inqilabının iştirakçısı Jak Peşe bir vaxtlar filosofcasına bu fikri bildirib. Təəssüf, istər siyasətçi olsun, istərsə də alim, şair, yaxud musiqiçi, insanların həyat fəaliyyətində keçmişin səhvləri unudulur və nəyə görəsə bu cür şəxsiyyətlərin fəzilət şəklində təqdim etməyə can atdıqları keçmiş günahlarının yuyulmasını ehtiva edən xüsusi mənəviyyatsızlıqla yeni tərzdə təzahür edir! Bəşər sivilizasiyasının indiki kifayət qədər sərt, onun taleyinə təhdid olan pandemiyanın əbasına bürünmüş döngəsində, bu və ya digər dövlətlərarası, bəzi hallarda isə bloklararası vəziyyətin daimi partlayış təhlükəsinin mövcudluğu şəraitində akademik rütbəli alim, onilliklər boyunca ölkənin ali rəhbərliyinin Olimpində bərqərar olan şəxsiyyət özünün günahsızlığına və istədiyi hər şeyi edə biləcəyinə inanır. Bəli, hörmətli oxucu, söhbət Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 963 saylı "Azərbaycan Respublikasında əhalinin sağlamlığının müdafiəsi və koronavirus infeksiyası ilə mübarizənin gücləndirilməsi tədbirləri haqqında” Fərmanını pozan AMEA prezidenti Ramiz Mehdiyevdən gedir. İlk növbədə mənəvi-əxlaqi, daha sonra isə hüquqi aspektdə pozmuş Mehdiyevdən. Oxucu müəllifə irad bildirə bilər ki, o, əxlaqi və mənəvi normaların hüquqi normalardan üstünlüyünü iddia edən qədim Çin hüquqşünas-alimi Konfutsinin qısqanc tərəfdarıdır və əksinə, hüquq normalarının əxlaqi və mənəvi normalar üzərində dominantlığını iddia edən heç də az dahi olmayan Lu Kuy başda olmaqla legistlərin əleyhdarıdır. Lakin, məlum olduğu kimi, həqiqət haradasa ortadadır! Cənab R.Mehdiyevin mənəvi-əxlaqi aspektləri qulaqardına vurması onun kürəkəni – keçmiş deputat İlham Əliyevin qanunsuz hərəkətlərinə izn verməsində əksini tapır, halbuki uzun illər Respublikanın Prezidenti İlham Əliyevin çoxşaxəli fəaliyyətinin əsas qərargahına başçılıq etmiş, ölkədə korrupsiya ilə mübarizə üzrə Komissiyanın rəhbəri olmuş insan üçün bu cür davranış bağışlanmazdır! Onu qanunları və dövlət başçısının normativ aktlarının bütün kompleksini bilməməkdə ittiham etmək tərəfimizdən çox sadəlövhlük olardı! Hərçənd, belə bir maksima da məlumdur ki, qanunlardan xəbərsizlik onların pozulduğu halda cəzadan azad etmir. Sırf hüquqi baxış bucağından həyatlarının ciddi və məsuliyyətli mərhələsini keçərək, yeni Azərbaycan ailəsinin yaradılması kimi evlənən gənclər üçün bu cür sevincli və xoşbəxt tədbirin küçirilməsinin təşkilinə və orada iştiraka görə məsuliyyət nəzərdə tutulur! İlk növbədə gələcək nəsillər qarşısında məsuliyyətin olmaması onların rifahının əsasını qoyan bu cür işıqlı, rəngarəng hadisəni qaraltmış və özündə inzibati olsa belə, hüquqi cinayət xarakteri daşımaqla yanaşı, mənəvi-əxlaqi cinayətdir. Bu zaman vətən elminin rəhbəri və təşkilatçısı elektron və çar nəşrlərinin səhifələrindəki etiraflarında məsuliyyəti kürəkəninin üzərinə atır və bunda prezident Fərmanının bu cür mənəviyyatsızcasına pozulmasından hiddətlənmiş insanları da ittiham etməkdən çəkinmir. Bu cür davranışlar bəşər tarixi üçün o qədər adidir ki, dəfələrlə hətta ədəbi janrda da əksini tapıb. Hələ Uilyam Şekspir "VI Henrix” əsərinin qəhrəmanının dili ilə müdrikliklə söyləmişdi: "Başqalarının günahlarını ittiham etməyə elə can atırsınız ki, özünüzünkülərdən başlayın, heç başqalarına gedib çata da bilməyəcəksiniz”. Azərbaycan Respublikası Prezidentinin 3 may 2005-ci il tarixli Fərmanı ilə təsis edilmiş, korrupsiya ilə mübarizəni həyata keçirən strukturun rəhbərliyində onun olduğu dövrü xatırlamaq kifayətdir ki, həmin postda ümumiyyətlə fəaliyyətsizlikdə ittiham edəsən. Əks halda, respublikanın bir sıra rayonlarında, Azərbaycanın böyüklüyünə görə ikinci şəhəri olan Gəncədə, eləcə də dövlətimizin paytaxtının ayrı-ayrı rayonlarında icra hakimiyyətinin məmurlarının ifşasının bu cür tutqun və xoşagəlməz panoramı meydana gəlməzdi. Korrupsiya "sunami”si dövlətimizin diplomatik nümayəndəliyi, mədəni və mənəvi inkişafı sahələrinə də sirayət edib ki, bu da cəmiyyətimiz üçün öz məhvediciliyinə görə misli görünməmiş haldır. Onların təyinatı, inzibati-təsərrüfat, xarici siyasi fəaliyyətlərinə kifayət qədər nəzarətin olmaması özündə prezident aparatının rəhbəri və korrupsiya ilə mübarizə komissiyasının başçısı missiyalarını birləşdirən şəxsiyyətin fəaliyyətinin məntiqi nəticəsidir. Acı da olsa, bildirilməlidir ki, bu korrupsiya ifşaları ölkənin bütün sosial-iqtisadi, mədəni inkişafının dünya miqyaslı dövlət xadimi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə islahatlar fonunda baş verir və təbii ki, onu mahiyyətcə titanik dəyişikliklər fəaliyyətindən yayındırır. Cari ilin fevral ayının 3-də "2019-2023-cü illərdə Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın həyata keçirilməsinin ilk ilinin yekunlarına həsr olunmuş konfransda prezident İlham Əliyev sosial proqramlar haqqında dedi: "Ötən il sosial sahədə böyük təşəbbüslər irəli sürülüb. Daha dəqiq desək, 2018-ci ilin ikinci yarısında bu proqramlar artıq hazırlanırdı, 2019-cu ilin əvvəlindən isə icra edilməyə başlayıb. Şəhid ailələri üçün böyük vəsaitlər təmin olunub. Ümumilikdə, 4.2 milyon nəfərin sosial və maddi vəziyyəti yaxşılaşıb. Çünki nəhəng sosial paket 4,2 milyon nəfəri əhatə edib. Minimal əməkhaqqı təxminən iki dəfə yüksəlib, minimal pensiya isə 70 faizdən çox”. Lakin bu cür ictimai-siyasi təbəddülatların daha erkən mərhələdə yuxarıda adıçəkilən komissiya tərəfindən ifşası çox real idi və Prezidentə, bütün ölkə rəhbərliyinə imkan yaradardı ki, korrupsiya proseslərinin təfərrüatından yayınmadan diqqəti bu cür gözlənilən xalq islahatlarına yönəltsin. Bu kontekstdə Azərbaycan rayonlarında yeni təyin olunmuş icra hakimiyyəti başçılarına və müavinlərinə tövsiyələrini verən Prezident İlham Əliyev birmənalı olaraq nümayiş etdirib ki, dövlətin və xalqın xidmətində duran məmur obrazı necə olmalıdır. "Siz həmçinin, - cənab Prezident bildirib – davranışınızla insanların hörmətini qazanmalısınız. Siz özünüz də, yaxın qohumlarınız da işdə, məişətdə sadə olmalısınız. İnsanları qıcıqlandıra biləcək hərəkətlərə yol verməməlisiniz. Özünüzü hamıdan yüksək tutmamalısınız. Bəzən xırda məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini xan, bəy kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, başda Prezident olmaqla, bütün dövlət məmurları xalqın xidmətçiləridir”. Buna baxmayaraq, isteblişmentimizə bu cür parlaq və rəngarəng şəkildə Respublika Prezidenti tərəfindən təqdim edilmiş həqiqətlər cənab R.Mehdiyev tərəfindən aşkar şəkildə saya alınmayıb və qulaqardına vurulub. KİV tərəfindən Ramiz Mehdiyevin fəaliyyətinin tam xarakterinə verilən qiymətlərdə razılaşmamağı özümə rəva gördüyüm yeganə amil onun Rusiya Federasiyasının xeyrinə casusluqda ittiham edilməsidir. Dövlət, ictimai xadimlərdən istənilən biri nə qədər böyük siyasi fiqur olsa belə, onda hər hansı xarici dövlətin, ələlxüsus da Rusiyanın maraqlarını təcəssüm etdirəcək potensial yoxdur. O Rusiyanın ki, şimal qonşumuzdur və ölkələrimiz arasında mehriban qonşuluq, geniş spektrli dostluq münasibətləri bərqərardır. Şübhəsiz ki, iki suveren dövlətin münasibətləri bütün pozitiv və neqativləri kompleksində həmin dövlətlərin başçılarının və bütün rəhbərliyinin müstəsna səlahiyyətindədir. Bir nəfər heç bir halda dövlətlərarası münasibətlərin bu və ya digər vektorunun dəyişməsinə maksimal təsir göstərə bilməz. İmmanuel Kantın qəti imperativi, onun mənəviyyat təlimi özündə yüksək əxlaq prinsiplərini ehtiva edərək bəyan edir ki, insan şübhəsiz xoş məramın mümkün subyektidir, o, ən ali məqsəddir. Bu imkan verir ki, mənəviyyatın yüksək prinsipi aşağıdakı ifadədə əksini tapsın: "Elə davran ki, sən bəşəriyyətə öz timsalında və istənilən digərinin timsalında məqsəd kimi yanaşasan və heç bir halda ona yalnız vasitə kimi yanaşmayasan”. Bu gün Ramiz Mehdiyev İmmanuel Kantın bu maksimasına öz həyatında dönmədən əməl etdiyi ilə öyünə bilərmi? Halbuki həmin maksimanı o, mütəmadi olaraq bir vaxtlar mühazirələrində tələbələrə təkrarlayıb, sonra isə dövlət-siyasi karyerasının bütün mərhələlərində öz işçilərinə deyib?! Yuxarıda sadalananlar nəzərə alınarsa, sual heç də ritorik deyil! Buna görə o, öz vicdanı və Allah qarşısında hesabat verəcək! Lakin bir şey aşkardır ki, "mənəviyyatsızlıq, dahi fransız yazıçı Andre Moruanın iddia etdiyi kimi, təhlükəlidir, ilk növbədə ona görə ki, bədxahlığı fəzilət səviyyəsinə yüksəldir”! Adəm İsmayılov,
beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru
Ramiz Mehdiyevin ziddiyyətlər doğuran "fəlsəfəsi" - FƏLSƏFƏ DOKTORU SABİQ PA RƏHBƏRİNİ "YIXIB-SÜRÜDÜ"
"Bütün köhnəliklər yaxşı unudulmuş keçmişdir”, - polis xronikasının müəllifi, XVIII əsr Fransa burjua inqilabının iştirakçısı Jak Peşe bir vaxtlar filosofcasına bu fikri bildirib. Təəssüf, istər siyasətçi olsun, istərsə də alim, şair, yaxud musiqiçi, insanların həyat fəaliyyətində keçmişin səhvləri unudulur və nəyə görəsə bu cür şəxsiyyətlərin fəzilət şəklində təqdim etməyə can atdıqları keçmiş günahlarının yuyulmasını ehtiva edən xüsusi mənəviyyatsızlıqla yeni tərzdə təzahür edir!
Bəşər sivilizasiyasının indiki kifayət qədər sərt, onun taleyinə təhdid olan pandemiyanın əbasına bürünmüş döngəsində, bu və ya digər dövlətlərarası, bəzi hallarda isə bloklararası vəziyyətin daimi partlayış təhlükəsinin mövcudluğu şəraitində akademik rütbəli alim, onilliklər boyunca ölkənin ali rəhbərliyinin Olimpində bərqərar olan şəxsiyyət özünün günahsızlığına və istədiyi hər şeyi edə biləcəyinə inanır. Bəli, hörmətli oxucu, söhbət Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 963 saylı "Azərbaycan Respublikasında əhalinin sağlamlığının müdafiəsi və koronavirus infeksiyası ilə mübarizənin gücləndirilməsi tədbirləri haqqında” Fərmanını pozan AMEA prezidenti Ramiz Mehdiyevdən gedir.
İlk növbədə mənəvi-əxlaqi, daha sonra isə hüquqi aspektdə pozmuş Mehdiyevdən. Oxucu müəllifə irad bildirə bilər ki, o, əxlaqi və mənəvi normaların hüquqi normalardan üstünlüyünü iddia edən qədim Çin hüquqşünas-alimi Konfutsinin qısqanc tərəfdarıdır və əksinə, hüquq normalarının əxlaqi və mənəvi normalar üzərində dominantlığını iddia edən heç də az dahi olmayan Lu Kuy başda olmaqla legistlərin əleyhdarıdır. Lakin, məlum olduğu kimi, həqiqət haradasa ortadadır! Cənab R.Mehdiyevin mənəvi-əxlaqi aspektləri qulaqardına vurması onun kürəkəni – keçmiş deputat İlham Əliyevin qanunsuz hərəkətlərinə izn verməsində əksini tapır, halbuki uzun illər Respublikanın Prezidenti İlham Əliyevin çoxşaxəli fəaliyyətinin əsas qərargahına başçılıq etmiş, ölkədə korrupsiya ilə mübarizə üzrə Komissiyanın rəhbəri olmuş insan üçün bu cür davranış bağışlanmazdır!
Onu qanunları və dövlət başçısının normativ aktlarının bütün kompleksini bilməməkdə ittiham etmək tərəfimizdən çox sadəlövhlük olardı! Hərçənd, belə bir maksima da məlumdur ki, qanunlardan xəbərsizlik onların pozulduğu halda cəzadan azad etmir.
Sırf hüquqi baxış bucağından həyatlarının ciddi və məsuliyyətli mərhələsini keçərək, yeni Azərbaycan ailəsinin yaradılması kimi evlənən gənclər üçün bu cür sevincli və xoşbəxt tədbirin küçirilməsinin təşkilinə və orada iştiraka görə məsuliyyət nəzərdə tutulur!
İlk növbədə gələcək nəsillər qarşısında məsuliyyətin olmaması onların rifahının əsasını qoyan bu cür işıqlı, rəngarəng hadisəni qaraltmış və özündə inzibati olsa belə, hüquqi cinayət xarakteri daşımaqla yanaşı, mənəvi-əxlaqi cinayətdir.
Bu zaman vətən elminin rəhbəri və təşkilatçısı elektron və çar nəşrlərinin səhifələrindəki etiraflarında məsuliyyəti kürəkəninin üzərinə atır və bunda prezident Fərmanının bu cür mənəviyyatsızcasına pozulmasından hiddətlənmiş insanları da ittiham etməkdən çəkinmir.
Bu cür davranışlar bəşər tarixi üçün o qədər adidir ki, dəfələrlə hətta ədəbi janrda da əksini tapıb. Hələ Uilyam Şekspir "VI Henrix” əsərinin qəhrəmanının dili ilə müdrikliklə söyləmişdi: "Başqalarının günahlarını ittiham etməyə elə can atırsınız ki, özünüzünkülərdən başlayın, heç başqalarına gedib çata da bilməyəcəksiniz”.
Azərbaycan Respublikası Prezidentinin 3 may 2005-ci il tarixli Fərmanı ilə təsis edilmiş, korrupsiya ilə mübarizəni həyata keçirən strukturun rəhbərliyində onun olduğu dövrü xatırlamaq kifayətdir ki, həmin postda ümumiyyətlə fəaliyyətsizlikdə ittiham edəsən. Əks halda, respublikanın bir sıra rayonlarında, Azərbaycanın böyüklüyünə görə ikinci şəhəri olan Gəncədə, eləcə də dövlətimizin paytaxtının ayrı-ayrı rayonlarında icra hakimiyyətinin məmurlarının ifşasının bu cür tutqun və xoşagəlməz panoramı meydana gəlməzdi. Korrupsiya "sunami”si dövlətimizin diplomatik nümayəndəliyi, mədəni və mənəvi inkişafı sahələrinə də sirayət edib ki, bu da cəmiyyətimiz üçün öz məhvediciliyinə görə misli görünməmiş haldır. Onların təyinatı, inzibati-təsərrüfat, xarici siyasi fəaliyyətlərinə kifayət qədər nəzarətin olmaması özündə prezident aparatının rəhbəri və korrupsiya ilə mübarizə komissiyasının başçısı missiyalarını birləşdirən şəxsiyyətin fəaliyyətinin məntiqi nəticəsidir.
Acı da olsa, bildirilməlidir ki, bu korrupsiya ifşaları ölkənin bütün sosial-iqtisadi, mədəni inkişafının dünya miqyaslı dövlət xadimi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə islahatlar fonunda baş verir və təbii ki, onu mahiyyətcə titanik dəyişikliklər fəaliyyətindən yayındırır.
Cari ilin fevral ayının 3-də "2019-2023-cü illərdə Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın həyata keçirilməsinin ilk ilinin yekunlarına həsr olunmuş konfransda prezident İlham Əliyev sosial proqramlar haqqında dedi: "Ötən il sosial sahədə böyük təşəbbüslər irəli sürülüb. Daha dəqiq desək, 2018-ci ilin ikinci yarısında bu proqramlar artıq hazırlanırdı, 2019-cu ilin əvvəlindən isə icra edilməyə başlayıb. Şəhid ailələri üçün böyük vəsaitlər təmin olunub. Ümumilikdə, 4.2 milyon nəfərin sosial və maddi vəziyyəti yaxşılaşıb. Çünki nəhəng sosial paket 4,2 milyon nəfəri əhatə edib. Minimal əməkhaqqı təxminən iki dəfə yüksəlib, minimal pensiya isə 70 faizdən çox”.
Lakin bu cür ictimai-siyasi təbəddülatların daha erkən mərhələdə yuxarıda adıçəkilən komissiya tərəfindən ifşası çox real idi və Prezidentə, bütün ölkə rəhbərliyinə imkan yaradardı ki, korrupsiya proseslərinin təfərrüatından yayınmadan diqqəti bu cür gözlənilən xalq islahatlarına yönəltsin.
Bu kontekstdə Azərbaycan rayonlarında yeni təyin olunmuş icra hakimiyyəti başçılarına və müavinlərinə tövsiyələrini verən Prezident İlham Əliyev birmənalı olaraq nümayiş etdirib ki, dövlətin və xalqın xidmətində duran məmur obrazı necə olmalıdır. "Siz həmçinin, - cənab Prezident bildirib – davranışınızla insanların hörmətini qazanmalısınız. Siz özünüz də, yaxın qohumlarınız da işdə, məişətdə sadə olmalısınız. İnsanları qıcıqlandıra biləcək hərəkətlərə yol verməməlisiniz. Özünüzü hamıdan yüksək tutmamalısınız. Bəzən xırda məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini xan, bəy kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, başda Prezident olmaqla, bütün dövlət məmurları xalqın xidmətçiləridir”.
Buna baxmayaraq, isteblişmentimizə bu cür parlaq və rəngarəng şəkildə Respublika Prezidenti tərəfindən təqdim edilmiş həqiqətlər cənab R.Mehdiyev tərəfindən aşkar şəkildə saya alınmayıb və qulaqardına vurulub.
KİV tərəfindən Ramiz Mehdiyevin fəaliyyətinin tam xarakterinə verilən qiymətlərdə razılaşmamağı özümə rəva gördüyüm yeganə amil onun Rusiya Federasiyasının xeyrinə casusluqda ittiham edilməsidir. Dövlət, ictimai xadimlərdən istənilən biri nə qədər böyük siyasi fiqur olsa belə, onda hər hansı xarici dövlətin, ələlxüsus da Rusiyanın maraqlarını təcəssüm etdirəcək potensial yoxdur. O Rusiyanın ki, şimal qonşumuzdur və ölkələrimiz arasında mehriban qonşuluq, geniş spektrli dostluq münasibətləri bərqərardır. Şübhəsiz ki, iki suveren dövlətin münasibətləri bütün pozitiv və neqativləri kompleksində həmin dövlətlərin başçılarının və bütün rəhbərliyinin müstəsna səlahiyyətindədir. Bir nəfər heç bir halda dövlətlərarası münasibətlərin bu və ya digər vektorunun dəyişməsinə maksimal təsir göstərə bilməz.
İmmanuel Kantın qəti imperativi, onun mənəviyyat təlimi özündə yüksək əxlaq prinsiplərini ehtiva edərək bəyan edir ki, insan şübhəsiz xoş məramın mümkün subyektidir, o, ən ali məqsəddir. Bu imkan verir ki, mənəviyyatın yüksək prinsipi aşağıdakı ifadədə əksini tapsın: "Elə davran ki, sən bəşəriyyətə öz timsalında və istənilən digərinin timsalında məqsəd kimi yanaşasan və heç bir halda ona yalnız vasitə kimi yanaşmayasan”.
Bu gün Ramiz Mehdiyev İmmanuel Kantın bu maksimasına öz həyatında dönmədən əməl etdiyi ilə öyünə bilərmi? Halbuki həmin maksimanı o, mütəmadi olaraq bir vaxtlar mühazirələrində tələbələrə təkrarlayıb, sonra isə dövlət-siyasi karyerasının bütün mərhələlərində öz işçilərinə deyib?! Yuxarıda sadalananlar nəzərə alınarsa, sual heç də ritorik deyil! Buna görə o, öz vicdanı və Allah qarşısında hesabat verəcək!
Lakin bir şey aşkardır ki, "mənəviyyatsızlıq, dahi fransız yazıçı Andre Moruanın iddia etdiyi kimi, təhlükəlidir, ilk növbədə ona görə ki, bədxahlığı fəzilət səviyyəsinə yüksəldir”!
Adəm İsmayılov,
beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru
Bölmənin xəbərləri