Qəzəb yaradan hind-müsəlman mənzərələri

02/07/2020 - 17:41 6 604 0   1  

Hindistanda Kəşmirin şimalındakı Sopore bölgəsində hərbi dəstələrlə hind əsgərləri arasındakı döyüşlər davam edir.

Suveren.az bu barədə "Hürriyet"ə istinadla bildirir. Əhalinin əksəriyyətinin müsəlman olduğu Kəşmirdə hindlərin və mərkəzi hökumətin təzyiqləri səbəbindən təhlükəsizlik qüvvələri və müxalif qruplar arasında sıx-sıx döyüşlər yaşanır. Hind milliyətçisi Hindistan Xalq Partiyası (BJP) administrasiyası, Kəşmirə müxtariyyət tanıyan konstitusiyanın 370-ci maddəsini 5 avqust 2019-cu ildə ləğv edərək bölgənin xüsusi statuslu quruluşunu ortadan qaldırdı. Cammu Kəşmir, İngiltərədən müstəqilliyini əldə etdiyi 1947-ci ildən bu yana öz qanunlarını çıxara biləcək səlahiyyətləri var idi. Bu xüsusi status, xaricilərin bölgəyə yerləşməsinə və əmlak almalarına icazə verməyən vətəndaşlıq qanununu da özündə əks etdirirdi. Qərarın ardınca hind təhlükəsizlik qüvvələri, Cammu Kəşmirdə asayiş əməliyyatlarını və xalq üzərindəki təzyiqləri gücləndirmiş, küçəyə çıxma qadağasından başqa internet, telefon və nəqliyyat məhdudiyyətləri gətirilmiş, bölgədəki yerli partiyaların rəhbərləri və üzvləri həbs olunmuşdu.

Suveren.az