Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yoxlamalar davam etdirilir.
Suveren.az xəbər verir ki, publika.az-ın əldə etdiyi məlumata görə, idarənin keçmiş rəisi, adı bir çox qalmaqallarda hallanan Qüdrət Şükürov istintaqa cəlb edilib və onun ifadəsi alınıb. Həmçinin məhkəmə tərəfindən Q.Şükürovun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı qərar verilib.
Bildirilir ki, lift idarəsinin sabiq rəhbəri barəsində aparılan araşdırmanın əhatəsi daha da genişləndirilib. Belə ki, onun xarici ölkələrdə əldə etdiyi əmlaklarla bağlı informasiyaların da yoxlanmasına qərar verilib. Bu məqsədlə bir sıra ölkələrin aidiyyəti qurumlarına sorğu göndərilib və həmin sorğuların cavabı maraq doğurur.
Məhz qeyri-qanuni yolla əldə edilmiş vəsaitin başqa ölkələrdə, eləcə də Bakıda müəyyən mülkiyyətlərin alınmasına yönəldilməsi səbəbindən “Lifttəmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürov barəsində əlavə cinayət işi başlanılıb. Belə ki, dünən baş prokurorun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev onun barəsində Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işinin açıldığını bildirib.
Xatırladaq ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin iki maddəsi üzrə - 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.
Bu ayın əvvəlində “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub.
Qeyd edək ki, Q.Şükürov keçən il qızının bahalı həyatı və yarım milyonluq toy mərasimi ilə gündəmə gəlib. Daha sonra onun barəsində çoxsaylı informasiyalar ictimailəşib.
Qüdrət Şükürovla bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI: - xaricdəki mülklər və...

Bölmənin xəbərləri