Qripdən ölənlərin sayı artıb

08/02/2019 - 21:07 20 572 0   0  

Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) paytaxtı Batumi şəhərində 72 yaşlı kişi qrip virusundan ölüb.

“Report”un verdiyi xəbərə görə, yüksək risk qrupuna daxil olan həmin şəxs xəstəxanada müalicə alıb.

Pasiyentdə xroniki xəstəliklər qeydə alınıb. Onun “donuz qripi” adlandırılan A (H1N1) virusundan öldüyü ehtimal olunur.

Qeyd edək ki, Gürcüstanda A (H1N1) virusundan 20 nəfərin ölməsi təsdiq olunub. Ölüm faktlarının 8-i Acarıstan MR-in payına düşür.