Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi İdarə Heyəti, Ali Məclisi, MNTK birgə BƏYANAT verdi

14/08/2020 - 12:20 6 865 1   0  

Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi İdarə Heyəti, Ali Məclisi, MNTK-nin  birgə BƏYANATI

Əziz həmvətənlər,

Hörmətli QAQB üzvləri!

2020-ci il mayın 9-da Qərbi Azərbaycan türklərinin uzun illər ərzində arzu etdiyi tarixi bir hadisə baş verdi. Ata-baba yurdumuz olan Qərbi Azərbaycan dediyimiz tarixi yurdumuzda, İrəvan Türk Cümhuriyyəti elan edildi. Bu hadisənin siyasi, milli əhəmiyyəti ilə yanaşı, bir mühüm üstünlüyü də onda idi ki, artıq müxtəlif dövrlərdə Qərbi Azərbaycan ərazisindən qovulmuş, deportasiya edilmiş insanların tarixi yurdlarımıza qayıdışı, ayrı-ayrı təşkilatlar, birliklər səviyyəsində deyil, öz hüquqi dövlətimiz tərəfindən həyata keçiriləcəkdir.

Qərbi Azərbaycana (Ermənistana ) Qayıdış Birliyi olaraq biz bu hadisəni böyük sevinc və coşğu ilə qarşılayaraq, dövlətin quruculuğunda iştirak etmək üçün müxtəlif strukturlarda təmsil olunmağa başladıq və İdarə heyətinin sədri Rizvan Talıbov isə sədarətdə yer aldı.

Az sonra heç bir səbəb olmadan Rizvan Talıbov öz FB səhifəsində bir status paylaşdı və bu paylaşım təmsil etdiyi birliyin imicinə böyük xələl gətirdi. Bu statusdan sonra Rizvan Talıbov İrəvan Türk Cümhuriyyətində tutduğu vəzifədən istefa verdi. Ancaq Birlikdə qərara alındı ki, Rizvan Talıbov Cümhuriyyətdə tutduğu vəzifədən istefa verməsinə baxmayaraq, orada olan digər birlik üzvləri dövlət quruculuğunda tutduğu vəzifələrdə qalsınlar.

Ancaq, son günlər yenə Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin WhatsApp qrupunda, kiminsə ümumi halda insanları təhqir etməsi və zamanında həmin şəxsin qrupdan kənarlaşdırılmaması, qrup üzvləri və digər qrupdakı insanlar arasında çaşqınlıq yaratdı. Rizvan Talıbovun isə həmin şəxsi vaxtında qrupdan çıxarmaması, dolayısı ilə onu müdafiə etməsi anlamına gəldi.

Rizvan Talıbovun sosial şəbəkələrdəki bu gün verdiyi bəyanat isə millətimizn bütövlüyünə, birliyinə, ümumi düşmənə qarşı səfərbər olunmasına xidmət etməyən, məsuliyyətsiz sərsəm bir bəyanatdır və bu bəyanat, Qərbi Azərbaycana (ermənistana) Qayıdış Birliyinin nüfuzuna güclü zərbə vurmaqla, ictimai fikirdə də bir çaşqınlıq yaratmışdır.

Yeni elan olunmuş İrəvan Türk Cümhuriyyətinin fəaliyyətinə kölgə salmaq niyyəti güdən bu bəyanat Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin rəhbərliyində təmsil olunan şəxslərin rəyini, mövqeyini nəzərə almadan verilmiş, onların adından güya Qərbi Azərbaycanlıların yeni bir dövlətinin yaradılacağı haqqında növbəti sərsəm fikirlər səsləndirilmişdir.

Bildiririk ki, Rizvan Talıbovun bu addımı Qərbi Azərbaycan əhalisinin iradəsinə zidd bir hərəkətdir, bu düşünülməmiş hərəkət bizi sevməyən, bizim birliyimizi parçalamaq istəyən düşmənlərin fikirləri ilə üst-üstə düşür və Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin məramnaməsinə və məqsədinə, tamamən ziddir. Verilmiş bu bəyanat, Qərbi Azərbaycana (ermənistana) Qayıdış Birliyinin heç bir sturukturunun iradəsini əks etdirmir.

Yuxarıda deyilənləri və baş verən bu olayları nəzərə alaraq, Qərbi Azərbaycana (Ermənistana ) Qayıdış Birliyinin rəhbərliyi qərara alır :

1.Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin səlahiyyətli nümayəndələrinin ümumi toplantısına qədər Rizvan Talıbovun İdarə heyətinin sədri kimi səlahiyyətlərinə xitam verilsin.

2.Yeni Sədr seçilənə qədər, Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin İdarə heyətinin sədri səlahiyyətləri, müvəqqəti olaraq sədrin birinci müavini Namiq Aslanova həvalə edilsin.

3. Bütün təşkilat üzvülərinə Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin işində fəal iştirak etməyə, eləcədə Qərbi Azərbaycanlıların iradəsi ilə qurulan İrəvan Türk Cümhuriyyəti ətrafında sıx birləşməyə çağrış edilsin.

Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin İdarə heyətinin sədrinin 1-ci müavini Namiq Aslanov,

Qərbi Azərbaycana (Ermənistana ) Qayıdış Birliyinin Ali Məclisinin Sədri Əli Vəliyev,

Qərbi Azərbaycana (Ermənistana ) Qayıdış Birliyinin MNTK-nin sədi Famil Əbilov

Qərbi Azərbaycana (Ermənistana ) Qayıdış Birliyinin İdarə heyətinin müavinləri

Şakir Həsəsnov,

Nizami Mirzəliyev,

İntiqam Qasımov,

Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin Ali Məcilisinin üzvü Fərman Qasımov

Bakı şəhəri:  13.08.2020-ci il