QƏRB ÇÖKÜŞÜN ASTANASINDA - Kapitalizmi bitirənlər nəyi gətirmək istəyir?

22/06/2020 - 19:43 6 145 0   0  

İqlim fəalları: insan zərərlidir, inkişaf dəhşətlidir, kapitalizm ölməlidir. Dəyərlərin sakitcə dəyişməsi az hiss olunur və zərərlidir. Tezliklə bu meyllər bizim ölkəmizə də gələcək.

Bu gün alov Qərbdədir. Və Qərbi qarsalayıb-qovuran bu alov irqçilik və ya iqtisadi bərabərsizlik üzündən baş vermir-bunun altında başqa şeylər yatır. Bu gün bizim Birinci Dünya müharibəsindən sonra başlayan prosesin şahidləriyik və bu prosesi “qərb sivilizasiyasının çöküşü”-ideoloji və mədəni çöküş- adlandırmaq olar. Onun ardınca isə sosial-iqtisadi planda tənəzzül-gəlirlər, həyat standartı, təhlükəsizlik-gələcək. Həmçinin, öz gözlərimizlə əməyin paylaşdırılması və şəxsi mülkiyyətin müdafiəsi sisteminin ağılmasını görürük, halbuki, bu iki faktor İntibah və Sənaye inqilabı dövründə cəmiyyətin çiçəklənməsinə və milyonlarla insanın kasıblıqdan qurtulmasına səbəb olmuşdu. Kapitalizm adambaşına düşən maşın və investisiyanın, istehsalın artımını, rifahın hamı üçün əlçatan olmasını nəzərdə tutur. Başqa sözlə, kapitalizm əhalinin, kasıblıqdan çıxanların artımını, həyat səviyyəsinin qalxmasını nəzərdə tutur. 1990-cı illərdə kommunizmin tənəzzülündən sonra qərbli sosialistlər “mədəni marksistlərə” çevrildilər, iqlim fəalları kütləsinin isə yeni şüarları meydana gəldi: insan zərərlidir, texniki tərəqqi dəhşətlidir, kapitalizm ölməlidir. Bu meylin sıraları zamanla daha da genişləndi və həm Köhnə Avropada, həm okeanın o tərəfində siyasi spektr əldə etdi. “Elmi kommunizmin” bərabərsizliyin və hər kəsin iqtisadi bərabərsizliyin aradan qaldırılması üçün yeni taktika tətbiq olunmalıdır. Yəni, Qərb sivilizasiyasi həmişəlik məhv olunmalıdır. Dəyərlərə, dini görüşlərə, dini məbədlərə zərbə, cəmiyyətin nüvəsi olan ailəyə zərbə vurulmalıdır.

Həmçinin, “sosial ədalət uğrunda” mübarizə aparan və döyüşən, amma inqilablar təşkil etməyən neomarksistlər meydana gəldi. Neomarksistlər mədəniyyət və cəmiyyətin qruplara bölünməsi yolu ilə hərəkət edirlər: qaralar ağlara qarşı, kişilər qadınlara qarşı, varlılar kasıblara qarşı, imtiyazlı təbəqə imtiyazı olmayanlara qarşı. Bu auditoriya -inanc və dəyərlərini itirmiş orta sinifdir. Neomarksistlərin ən yaramaz rolu-ailəni cəmiyyətin qurucu sütunu kimi parçalamaqdır.

Son günlərdə ABŞ-da bir qaradərilinin öldürülməsi ilə Minnesota ştatında partlayan etiraz dalğası sanki solçu və əks-irqçi rənglərə büründü. Aksiyalara bir vaxtlar müstəmləkəçiliyi Amerikaya gətirən şəxslərin heykəllərinin dağıdılması da əlavə olundu. Sanki insanlar müstəməkəçilərə revanş hisslərini biruzə verdilər və indiyə qədər yaşadıqları ictimai quruluşun səhv olduğunu kəşf etdilər. Bəs insanlar kapitalizmin qüsurlu olduğunu dərk etdilərsə, başqa düzənə keçməyin zamanının gəldiyinimi anladılar ya bu onlara təlqin edilir?  

ABŞ-da baş verənlər əslində qloballaşmanı gətirmək istəyənlərlə milli dövlət kimi qalmaq istəyənlərin mübarizəsidir. Qloballaşmanın təntənəsinə hazırlaşanlar və pişvazına çıxmaq istəyənlər indiyə kimi yaşananların yanlış olduğunu, bunların kökündən dəyişməli olduğunu cəmiyyətin şüuraltına sırayırlar. Vegeterianlığın təbliğindən tutmuş LGBT-nin təbliğinə qədər. Vegeterianlıq deyib keçməyin-yalnız bitkisəl qidalanma ilə insanı mübarizə aparmaq, döyüşmək vərdişini yox etmək, onun qidalanma vərdişlərini dəyişdirmək və beləliklə özünü də dəyişmək, cinslərin bərabərliyi bəhanəsi ilə-lgbt-nin təbliği ilə isə ənənəvi ailə institutnun dəbdən düşmüş olduğunun təbliği, insan artımının qarşısının alınması, insan hüquqları bərbəzəyi altında nəslin kəsilməsi, ailə institutunun parçalanmasını aşılayır.

Yeni nəsil insan üzərinə oynanan bu oyuna tab gətirəcəkmi?

Sonda isə kapitalizm nə qədər pislənsə də ən azından onun xüsusi mulkiyyət sahibi olmaq kimi üstünlüyü var. Xüsusi mülkiyyəti olmayan insan dövlətin və ya onu idarə edənin quludur.

Ülviyyə Şükürova