QONDARMA "DQR"İN "XARİCİ İŞLƏR NAZİRİ"NDƏN SƏRSƏM AÇIQLAMA - ​"ABŞ Dağlıq Qarabağ Respublikasını da tanıyacaq"

03/11/2019 - 01:34 11 871 0   0  

Ermənistanın ABŞ səfirliyində qondarma "Dağlıq Qarabağ Respublikası”nın nümayəndə heyətinin şərəfinə ziyafət verilib.

Suveren.az bu haqda Ermənistan mediasına istinadən xəbər verir.
Bildirilir ki, Ermənistanın ABŞ-dakı səfirliyində bu ölkəyə "işgüzar səfər"ə gedən qondarma "Dağlıq Qarabağ Respublikası”nın "xarici işlər naziri" Masis Mayilyan və nümayəndə heyətinin şərəfinə rəsmi qonaqlıq təşkil edilib.
Tədbirdə Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersesyan giriş nitqi ilə çıxış edib.
Daha sonra çıxış edən Masis Mayilyan ABŞ Nümayəndələr Palatası tərəfindən qondarma “erməni soyqırımı"nın tanınması haqda qətnamə qəbul edilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Qondarma "nazır" nümayəndə heyətinin ABŞ-a "işgüzar səfər"inin nəticələrinə də toxunub.
Mayilyan “Dağlıq Qarabağ” haqqında məlumatlılığı artırmaq və ABŞ-da respublikanın maraqlarını təbliğ etmək istiqamətində ardıcıl fəaliyyətlərinə görə erməni təşkilatlarının nümayəndələrinə təşəkkürünü bildirib. O deyib ki, "erməni soyqırımı"nın tanınması ilə bağlı tarixi bir qətnamənin qəbul edilməsi ABŞ-da qondarma "Dağlıq Qarabağ Respublikası”nın tanınması prosesində də yeni uğurlar əldə edilməsi üçün geniş perspektivlər açıb.
Tədbir zamanı Mayilyan Miçiqan əyalətinin "Hay Dat" Komitəsinin həmsədri Lara Nersesyana qondama "respublika"nın tanınmasına verdiyi töhfəyə görə medal təqdim edib.