“Qələbədən sonra hansı addımları atmalıyıq?” – Türkiyədəki “Sözbir” hərəkatı başkanından təkliflər...

07/12/2020 - 16:07 4 677 0   0  

Türkiyədə yerləşən “Sözbir” hərəkatının başqanı Abil Babaoğlu və hərəkatın üzvləri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edib. Müraciətdə Azərbaycan prezidentinin simasında dövlətin maksimum nəticələrə nail olmaq üçün mümkün olan hər şeyi etdiyi bildirilir və bundan sonrakı daha effektiv fəaliyyət üçün təkliflər paket təqdim olunur.

“Dostlar, belə bir məsəl var - həyatda olanla ölənə çarə yoxdur.

Hamımız bilməliyik ku, Azərbaycan dövlətinin gücü dövlətimizin 300 ilə yaxın dövr ərzində dünyada və regionumuzda gedən geosiyasi şəkillənmələr fonunda hadisələrə təsir göstəməklə mövqelərini qorudu. Hələlik malik olduğumuz torpaqları itirdiyimiz və düşmənlərimiz tərəfindən məqsədyönlü şəkildə zəiflədildiyimiz üçün uğurlarımız bu qədər oldu. Bunun üçün prezident Əliyevə, milli ordumuza və onların arxasinda dim-dik duran Azərbaycan xalqina minnətdarıq.

Amma bu gündən sonra bizlər bir aydın, ziyalı və siyasətçi olaraq nələr etməliyik, müharibədəki qələbəmizi diplomatik qələbə ilə necə möhkəmləndirəcəyik - bu barədə danışaq. Bundan sonra dövlət hansı tədbirləri görməlidir, hərbi qələbəmizi qoruyaraq onu daxili həmrəylik və iqtisadi sferada islahatlar ilə necə dəstəkləməlidir? Haqqında söhbət gedən mövzuda dövlətin yol xəritəsi necə olmalıdır? Azərbaycan dövləti hələ azad olunmayan torpaqlari və İrəvanı əldə etmək üçün bu gündən başlayaraq güclü milli dövlət quruculuğuna başlamalidir, bununsa birinci şərti dövlət-xalq birliyini təmin edərək qarşıdakı hədəflər üçün milli həmrəyliyi təmin etməkdir!

Milli Məclis istefaya göndərilib, demokratik seçkilər keçirilməlidir!

Xarici ölkələrdə ali təhsil alan azərbaycanlı tələbələr - milli gənclər ölkəyə qaytarılıb dövlət strukturlarinda iş verilməlidir.

Ölkədə siyasi islahatlar keçirilməlidir, milli dövlət maraqlarını rəhbər tutan milli müxalifətin yaradılmasına dövlət özü şərait yaratmalıdır ki, xaricdən maliyyələşən - sorosçu, iranyönümlü, rusyönümlü qüvvələrə meydan açılmasın.

Təhsil Nazirliyi milli olmalıdır ki, uşaqlarımızı və gənc nəsillərimizi yalnız milli təhsil xəttində yürüyən nazirlik dövlətçilik xəttində təlim-tərbiyə etsin. Dövlətin keşiyində yalnız milli ruhda tərbiyə olunmuş, milli dəyərlərə sahiblənmiş, bu istiqamətdə yetişdirilmiş nəsillər dura bilər. İqtisadi islahatlar keçirilməli, müasir texnologiya uyğun sənaye quruluşlarina investisiya yatırılmalı, xarici ölkələrdəki yüksək ixtisasli mühəndislərimizə yüksək maaş verilərək ölkəyə gətirilməlidir. Azərbaycanın milli istehsala dayanan, azad və  güclü iqtisadiyyata sahib olmasi şərtdir.

Bu tədbirlər alınarsa, yüksək iqtisadiyyata sahib, milli kadrlara və milli parlamentə sahib Azərbaycan, bu gün xalqin yüksək dəstəyini alan İlham Əliyev beş, altı ildən sonra rusu da qovacaq, İrəvanı və başqa torpaqlarımızı da ermənilərdən təmizləyərək ərazi bütövlüyümüzü tam təmin edəcək. Bunun üçün bizlər - Qərbi Azərbaycanlı aydınlar, ziyalı kəsim “Sözbir” hərəkatı adindan məktub yazaraq bu istəklərimizi dilə gətirə bilərik.

Təşəkkürlər!”.

Suveren.az