Yanvarın 10-da Qırğızıstanda növbədənkənar prezident seçkiləri və respublikada idarəçilik formasının müəyyənləşdirilməsi ilə bağlı referendum keçiriləcək.
AzərTAc xəbər verir ki, ölkə prezidenti postu uğrunda 17 namizəd mübarizə aparacaq. Eyni zamanda, vətəndaşlar hansı idarəetmə formasına – prezident, yoxsa parlament üsul-idarəsinə üstünlük verdikləri barədə seçim edəcəklər. Seçki günü respublikada 2470, o cümlədən xaricdə 48 seçki məntəqəsi fəaliyyət göstərəcək.
Əvvəlki dövlət başçısı Sooronbay Jeenbekov 2020-ci il oktyabrın 15-də, on günə yaxın davam edən etiraz aksiyaları və kütləvi iğtişaşlardan sonra istefa verib. Habelə Baş nazir və Kubatbek Boronov və parlamentin sədri Dastanbek Cumabekov da vəzifədən gediblər.
Qırğızıstanda növbədənkənar prezident seçkilərinə saatlar qaldı

Bölmənin xəbərləri