Qazaxıstanda azərbaycanlı saxlanıldı - Rusiyaya təhvil verildi

25/01/2019 - 12:04 11 722 0   0  

Qazaxıstanda daha bir axtarışda olan azərbaycanlı saxlanılaraq başqa ölkəyə təhvil verilib.
Suveren.az Report-a istinadən xəbər verir ki, Rusiyada axtarışda olan azərbaycanlı, 1985-ci il təvəllüdlü Çubayev Məhəmməd Sultan oğlu Qazaxıstanın Pavlador şəhərində saxlanılıb.
O, quldurluq və oğurluq cinayətlərini törədən mütəşəkkil dəstənin üzvü olması ilə ittiham olunur.
Saxlanılan azərbaycanlının Rusiyanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bir neçə gün əvvəl digər Rusiyada axtarışda olan azərbaycanlı Əliyev Nuru Baxşı oğlu da Qazaxıstanın Pavlodar şəhərində saxlanılaraq geri təhvil verilib.