Qarşısına çıxan 11 nəfəri bıçaqladı – 165 il cəza istədilər

21/11/2018 - 21:26 13 144 0   0  

İstanbulda Kadıköydə qarşısına çıxanları bıçaqlayaraq 11 nəfəri yaralayan Əli K. adlı məhkuma istənilən cəza bəlli olub.

Suveren.az Türkiyə mediasına istinadən xəbər verir ki, “qəsdən adam öldürməyə cəhd” maddəsi üzrə ittiham olunan Əli K.nın 99 ildən 165 ilədək həbsi tələb edilib.

İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamə artıq məhkəməyə təqdim olunub.