Qarabağın Ermənistana “birləşdirilməsi” kampaniyası başladı

20/03/2019 - 20:05 17 415 0   0  

Sasna Çrer Partiyası Qarabağın Ermənistana birləşdirilməsiylə bağlı imzatoplanılma prosedurunu başladıblar.

Suveren.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında partiyanın katibliyinin koordinatoru Varujan Avetisyan deyib. O, hələlik bu prosedurun icrası üçün hansısa konkret mexanizmi prioritet saymadıqlarını və partiyanın bu mövzuda müzakirələr keçirməyə hazır olduğunu bildirib.

O, Ermənistan və Qarabağdakı əhalinin fikrinin öyrənilməsi üçün partiyanın Qarabağ nümayəndəliyinin yaradıldığını deyib.