“Əgər Ermənistan Rusiyadan siyasi-hərbi-iqtisadi cəhətdən asılıdırsa, separatçı rejimi ümumiyyətlə Moskva idarə edirsə, onun liderlərinin çağırılması və ya öz təşəbbüsləri ilə Rusiyaya üz tutmaları təbiidir”.
Bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Xankəndindəki separatçıların rəhbərləri Araik Arutyunyan və ardınca Ruben Vardanyanın Qarabağdan Moskvaya getməsini şərh edərkən bildirib. Bəzi məlumatlara görə, R.Vardanyan ümumiyyətlə Qarabağdan qaçıb və geri qayıtmayacaq.
İ.İsmaılın sözlərinə görə, Qarabağdakı separatçı liderlərin Moskvaya çağırılma səbəbləri müxtəlif ola bilər, amma görünən odur ki, Arutyunyanla Vardanyan arasında ziddiyyət var və Xankəndində faktiki ikihakimiyyətlilik olub: “Araik Arutyunyan Moskvadan idarə olunsa da, rəsmi İrəvanla münasibətlərini kəsmir və Paşinyan hakimiyyəti ilə də məsləhətləşmələr edir. Vardanyan isə birbaşa Kremldən idarə olunur və Ermənistan hakimiyyətinin ünvanına tez-tez ittihamlar səsləndirir. Bu vəziyyət isə Moskvada narahatlıq yaratmaya bilməz”.
Təhlilçi hesab edir ki, Ukrayna müharibəsinin gedişində Rusiyanın Xankəndində yeni seçkilər keçirməsi, Vardanyanı qondarma rejimin başına gətirməsi onun üçün əlavə başağrısı olardı. “Ona görə də, çox güman ki, Araik Arutyunyanın “prezident” olaraq qalmasına və Vardanyanın da ona tabe olmasına üstünlük veriləcək. Erməni mediası da bu variantın mümkünlüyünü vurğulayır”, - o qeyd edib.
İ.İsmayıl əmindir ki, Kremlin marağı indiki vəziyyətdə Azərbaycanla Ermənistan arasında nəticəsiz danışıqların yenidən dövrəyə girməsidir: “Görüntü yaranır, Brüssel təşəbbüsləri arxa plana keçir, Avropa İttifaqının mülki missiyasının iki il müddətə Ermənistan sərhədinə yerləşməsinin heç bir əhəmiyyətinin olmadığı nümayiş etdirilir, Moskvanın moderatorluğu davam edir, real sülh isə yaranmır. Separatçı rejim radikal bəyanatlarla çıxışlarını davam etdirəcək, Azərbaycanın tərkibində olmaqdan qəti şəkildə imtina etdiklərini bir daha vurğulayacaqlar. Yəni, Ermənistan rəhbərliyinin də separatçı rejimin siyasətini qəbul etməkdən başqa yolu qalmayacaq”.
Azərbaycan bundan sonra, yenidən Qarabağa qayıtmağa cəhd edərsə, Vardanyanla nə etməlidir? İlham İsmayıl bu suala cavabında deyir ki, Azərbaycan Vardanyan faktorunu tam arxa plana keçirməli, onunla bağlı tələb irəli sürməməlidir: “Azərbaycan qəti tələblərini səsləndirməli, sərhəddə nəzarət -buraxılış məntəqəsini yaratmalı, erməni silahlı qüvvələrinin çıxarılmasına konkret vaxt qoyub, o vaxta görə də siyasi-hərbi mövqeyini elan etməlidir. Vardanyan fiquruna köklənmək zəiflik əlaməti hesab olunar. Azərbaycan məqsədinə çatmaq üçün Rusiya dövləti qarşısında tələblərini qoymalı və bu tələbdə hansısa personaya fokuslanmamalıdır”.
Qarabağdakı separatçı liderlər Moskvaya niyə çağırılıb? - TƏHLÜKƏSİZLİK EKSPERTİNDƏN AÇIQLAMA

Bölmənin xəbərləri