QAIR Azərbaycanın Tovuz bölgəsində yaranmış vəziyyətlə bağlı konfrans keçirdi

17/07/2020 - 12:05 6 127 2   1  

16 iyul 2020-ci ildə Qərbi Azərbaycan İrəvan Respublikası Millət Şurasının sədri Qafar Çaxmaqlının rəhbərliyi ilə Qərbi Azərbaycan İrəvan Respublikası Sədarətinin növbəti toplantısı keçirildi.

Toplantıda iyul ayının 12-də Tovuz bölgəsində ermənilər tərəfindən Azərbaycanın dövlət sərhədlərinə edilən növbəti hərbi təcavüz aktı, o cümlədən Azərbaycan ordusunun bir generalı olmaqla bir neçə yüksək rütbəli zabitlərin, əsgər və gizirlərin şəhid olması, bölgədə yaranan hərbi-siyasi vəziyyət, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağla bağlı münaqişənin tənzimlənməsində yarıtmaz fəaliyyətini pisləyən, erməni dövlətinin və diasporunun beynəlxalq təşkilatlarda, ABŞ və başqa ölkələrdə Azərbaycan dövlətinin əleyhinə olan fəaliyyətlərini özündə əks etdirən bəyanatın hazırlanması və dünya ictimaiyyətinə təqdim edilməsi qərarı qəbul edildi. 

Bəyanatda Türkiyə-Azərbaycan hərbi-siyasi ittifaqının yaradılmasına dair konkret addımlar atılması, o cümlədən millətimizin və dövlətimizin birliyi naminə müəyyən işlərin görülməsi qeyd edildi.

Daha sonra İrəvan bölgəsinin Tədqiqatı İnstitutu təsis edildi və Əli Vəliyev institutun rəhbəri seçildi.

Qərbi Azərbaycan İrəvan Respublikası Mətbuat Xidməti