Qadınlar üçün qurbağa dərisi... - ALLAHVERDİ EMİNOV YAZIR

02/05/2024 - 10:51 2 015 0   0  

(Pritça)

Su təmizlikdir, çirkli nə varsa suya çəkilir, paklaşır. Su həm də yanğını sön­dürür, xüsusilə, insan yanğısını. Balıqlar ona görə digər heyvanlardan ətinə görə fay­dalıdır, mədədə tez həzm olunur, qanı duruldur. Hətta ilan zəhərini su zərər­ləş­dirir, ən bariz nümunəsi zəhərli su ilanın suda “neytrallaşmasıdır”. Ən böyük ana­kon­da cinsli ilanlar suda yaşaya bilir, su mühitinə alışırlar. Və bu ilanlar başından da kiçik həcmli qurbağaya hərisdilər, suyun üzünə çıxan bu iri gözlü heyvanların qorx­duğu ilandır, necə ki, gördü – dərhal özünü suyun altına verir və canını qur­tarmağa cəhd edirlər. Amma qurbağa canını ilandan qurtarırsa, iki ayaqlı, iki qollu, bir başlı insana təslim olur. Vyetnam, Koreya, Yaponiya kimi cənub dövlətlərinin sa­kinlərinin ən əziz menyusunda qurbağa “tabakası”nın öz payı vardır.

Deyirlər ki, onların qurbağaları bizim qurbağalardan fərqlənir, qoy olsun, heç kəs “ayranına turş” deməz. Hər halda qurbağadır! Bəs qurbağa – su heyvanı başqa nəyə yarayır? Sual üzərində “işləyənlər” tədqiqatlarında yanılmamışlar. Belə ki, qurbağa – bu iy­rənc, ilan görəndə gözləri lampoçka kimi yanan heyvan təsadüfi deyil – ilanların da se­vimli qidasıdır. Bu heç də nağıl deyil. Alimlərin qənaətincə, qurbağa dərisindəki se­lik xüsusən, yağ ifrazı qadın dərisinin gözəlliyi üçün faydalıdır, dərini hamar­laş­dırır, elastikləşdirir, parlaqlaşdırır, yəni dodaqlarını qurbağa dərisinə toxunduran qa­dın sanki şahzadəyə çevrilir və gözəlləşir. Görünür, fransızlar qurbağanı milli mətbəxə daxil etməkdə bu fakta əsaslanmışlar.

Qurbağa dərisinə meyilli xanımlarda iyrənc heyvana olan fobiya gözəllik və gənclik dövrünü süni şəkildə uzatmaqdır. Belə tipli qadınlar ondan ehtiyatlanırlar ki, intimli həyatlarında kişilər onlardan aralanarlar, yaxud yatağa könülsüz girərlər, bil­mirlər belə qadınların yanaqları qurbağa dərisindən yağlanmışdır.

Təsəvvür etməyə dəyər ki, cənubluların əcdadları müntəzəm qidalanmaq üçün ən münasib mənbəni qurbağalarda tapmışlar. Onlar xüsusi gölməçələrdə süni qur­bağalar yetişdirir və xaricə ixrac edirdilər. Əcdad nəsil qurbağalarla kifayətlən­mə­yib ilan (koramal xüsusilə), tısbağa, kərtənkələ və s. heyvanların ətindən qida­lan­mağa aludə oldular. Təsadüfi deyil ki, bu heyvanların əti xaricilər üçün “dele­ka­tes” (ən dadlı) sayılır. Yüz illər bu cür heyvanların ətilə müntəzəm qidalanan, xü­su­silə, qadınların bədəni iy verir, qoxusu xoşagələn deyil. Təsadüfi hesab etməyək – İslamda belə əcaib heyvanların ətini yemək qadağandır. Məhəmməd peyğəm­bə­rin bir uzaqgörənliyi də məhz bundadır...

Xatırlayıram: əsrimizin əvvəllərində cənublular bizim məmləkətdə qurbağa ye­tişdirmək arzusunda idilər, hətta təşəbbüs göstərdilər. İnsaflı müsəlman biznes qu­ranlarımız yaxşıki razılaşmadılar. Çəkindilər qadınlarımız qurbağa dərisinə alu­də olarlar! Nə yaxşı ki belə alındı. Yoxsa qurbağa səsinə həsrət qalardıq...

Allahverdi Eminov