“PUTİNİN NÜVƏ TƏHDİDİNƏ CİDDİ YANAŞMAYIN…” - Mərkəzi Kəşfiyyat İdarəsindən açıqlama

15/04/2022 - 11:16 3 645 0   0  

“Rusiyanın Ukraynada taktiki və ya aşağı rentabelli nüvə silahından istifadə etməsi təhlükəsi ciddi qəbul edilməməlidir. Üstəlik, Mərkəzi Kəşfiyyat İdarəsinin Moskvanın həqiqətən belə ekstremal tədbirlər görməyi planlaşdırdığına dair praktiki sübutu yoxdur”.

Suveren.az xəbər verir ki, bunu MKİ direktoru Uilyam Börns bildirib.

“Reuters” yazır ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Kiyevi ələ keçirmək üçün uğursuz cəhddən sonra, Kremlin dünyanın ən böyük nüvə arsenalının yüksək hazırlıq vəziyyətinə salınması ilə bağlı “ritorik bəyanatlarına” əhəmiyyət verməməyi tövsiyyə edir.