Putinə növbəti "sürpriz" - Sanksiyalar genişlənir

08/11/2018 - 23:16 22 936 0   0  

ABŞ Krımın (Ukrayna) Rusiyaya birləşdirilməsi və Donbasdakı vəziyyətə görə üç fiziki şəxs və 9 təşkilata qarşı sanksiya tətbiq etməyə hazırlaşır.

Bunu cümə axşamı ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker deyib.

"Bu gün Birləşmiş Ştatlar Krım və Donbass ilə bağlı yeni maliyyə sanksiyaları tətbiq edəcək. Bu sanksiyalar Rusiyanın Ukraynanın Krım regionunu özəl investisiya və özəlləşdirmə layihələri vasitəsi ilə inteqrasiya etdirmək cəhdlərinə dəstək verən və ya ciddi insan hüquqları pozuntularında iştirak edən 3 fiziki şəxs və 9 təşkilata şamil ediləcək", — deyə o, brifinq zamanı jurnalistlərə bildirib.

Bundan əvvəl ABŞ-ın "Skripal işi"nə görə Rusiya qarşı yeni sanksiyalar tətbiq edə biləcəyi xəbər verilib.