Putin 2024-cü ilə necə hazırlaşır: QAZAX SSENARİSİ, YOXSA YENİ DÖVLƏT?

22/03/2019 - 23:41 15 226 0   0  

Putin 2024-cü ilə necə hazırlaşır: QAZAX SSENARİSİ, YOXSA YENİ DÖVLƏT?

“Rusiya və Belarusun vahid dövlətdə birləşmə mövzusu və Rusiya prezidenti Vladimir Putinin bu dövlətə başçılıq etmək ehtimalı İttifaq dövləti haqqında müqavilə üzrə işçi qrupun ikitərəfli görüşlərində müzakirə edilirdi, amma ötəri”. Saytların verdiyi xəbərə görə  bu haqda “Tut.by” saytına Belarusun xarici işlər naziri Vladimir Makey bildirib.

Makey izah edib ki, Moskva və Minskin nümayəndələrinin görüşlərində bu mövzuya bəzən müxtəlif KİV-lərdə çıxan iftiraların kontekstində toxunulurdu.

“Siz Belarusun dövlət başçısının bəyanatını dəfələrlə eşitmisiniz ki, biz müstəqilliklə ticarət etmirik, bizim üçün müstəqillik müqəddəsdir və bizim anlayışımızda hər hansı birləşmədən söhbət gedə bilməz. Və mən düşünürəm ki, Rusiyadakı dostlarımız da eyni anlayış içindədirlər”, - Belarus xarici siyasət idarəsinin başçısı əlavə edib.

Daha əvvəl “Bloomberg” informasiya agentliyinin yazdığına görə, Rusiya prezident administrasiyasında 2024-cü ildən sonra hakimiyyətdə indiki dövlət başçısı Vladimir Putinin saxlanılması imkanları işlənilir. Ssenarilərdən birinə görə, Belarusla birləşmə ilə yeni dövlət yaranacaq və ona Putin başçılıq edəcək. Bu ssenari isə Putinə prezident müddətlərinin sayı üzrə Konstitusiya məhdudiyyətlərini keçməyə imkan verəcək.

21 martda dərc edilmiş “Bloomberg”in materialında göstərilirdi ki, Belarusla birləşmə ssenarisindən başqa, Kremldə Qazaxıstanda bu günlərdə həyata keçirilən ssenarinin aktiv müzakirəsi gedir. Belə ki, Qazaxıstan prezidenti vəzifəsindən istefa verən Nursultan Nazarbayev Qazaxıstan Təhlükəsizlik Şurasının və hakim “Nur Otan” Partiyanın sədri vəzifələrini özündə saxlayıb.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremldə 2024-cü ildən sonra hakimiyyətdə Putinin saxlanılması üçün Rusiya və Belarusun birləşməsi imkanı müzakirə edilmir.