Prezidentin köməkçisindən AÇIQLAMA - Metro nə zaman açılacaq?

29/08/2020 - 12:09 6 811 0   0  

Sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Bakıda metropolitenin açılması ilə bağlı müzakirələr gedir.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində deyib.

H.Hacıyev qeyd edib ki, bununla bağlı ölkə ictmaiyyətinə əlavə məlumat veriləcək.

H.Hacıyev əlavə olaraq qeyd edib ki, yoluxma səviyyəsi yüksək olduğuna görə Bakı, Sumqayıt və Abşeronda sərtləşdirilmiş xüsusi karantin rejimi saxlanılır, həftə sonları ictimai nəqliyyat işləməyəcək.