Prezident Rəcəb Tayyib Ərdoğan, prezident kabinet toplantısının ardınca mətbuat konfransında belə dedi:
"Əcdadın əsrlər boyu Qafqazda yerinə yetirdiyi görəvi yenə yerinə yetirəcəyik. Dost və qardaş Azərbaycana qarşı Ermənistan tərəfındən edilən hücumları kəskin şəkildə qınadığımızı bildirmək istəyirəm. Vətənini müdafiə edən Azərbaycanlı qardaşlarımızdan şəhid olanlara Allahdan rəhmət diləyirəm. Olanlardan narahatıq. Koronvirus və diğər mövzularda bir çox problemini həll edə bilməyən bir ölkənin belə hücum etməsi hər şeydən öncə öz xalqına hörmətsizliyidir. Ailələrini dolandırmaq üçün ölkəmizdə çalışan 10 minlərlə erməninin də dövlətlərinin bu yersiz davranışından narahat olduğuna inanıram. Bölgə ölkələrini də Ermənistanın bu hərəkətinə qarşı səmimi münasibət göstərməyə dəvət edirik. Son hücum Dağlıq Qarabağ xəttində deyil, iki dövlət arasındakı sərhəddə və ağır silahlarla olmuşdur. Birbaşa Azərbaycana yönəlmiş qəsdən törədilmiş bir hücum olduğunu göstərmişdir. Hadisə Ermənistanın səviyyəsini aşan bir haldır. Türkiyə, Azərbaycan haqqına-hüququna, torpaqlarına yönəlmiş hər cür hücumun qarşısını almağa əsla tərəddüd göstərməyəcəkdir. Bütün gücümüzü bu istiqamətdə səfərbər etmək boynumuzun borcudur. Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcəyik".
Prezident Ərdoğan: "Əcdadımızın göstərdiyi köməyi biz də edəcəyik" /Video

Bölmənin xəbərləri