POLİS RƏİSİ, ATASI VƏ QARDAŞI KORONAVİRUSA YOLUXDU – Hər üçü və təmasda olduğu şəxslər karantinə alındı

23/06/2020 - 20:09 5 506 1   0  

Nizami rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi Firdovsi Hüseynəliyev, eləcədə də atası və qardaşı koronavirusa yoluxub.

Bu haqda Hurriyyet.org-a məlumat verən mənbə bildirir ki, F.Hüseynəliyevlə yanaşı, atası və qardaşı da polis işçiləridir.

Məlumata görə, hər üç şəxs və təmasda olduğu insanlar karantinə alınıb. Onların səhhəti ilə bağlı dəqiq məlumat verilmir.

Qeyd edək ki, Firdovsi Hüseynəliyevin uzun illərdir Nizami rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsində çalışdığı bildirilir. 

Hurriyyet.org

P.S. Mövzu ilə bağlı rəsmi qurumların mövqeyini dərc etməyə çalışacağıq.