Ermənistanın Vatikandakı səfiri, eks-prezident Serj Sarksyanın kürəkəni- Mikael Minasyan “Mənim addımım” hakim blokuna Nikol Paşinyanın baş nazir postunda vəzifəsinə xitam verilməsi və öz sıralarından yeni hökumət başçısı seçilməsi müraciəti ilə çağırış edib.
Suveren.az bu barədə "Vestnik Kavkaza" saytına istinadla bildirir. Minasyan özünün Facebook səhifəsində bildirib ki, Paşinyanın başçılıq etdiyi hökumət Covid-19 pandemiyasının yaratdığı iqtisadi böhranın nəticələrini aradan qaldırmağa qadir deyil. Keçmiş səfirin sözlərinə görə, Paşinyan yalnız dağıtmağı və məhv etməyi bacarır, buna görə də ondan xilas olmaq qarşıdan gələn böhranın öhdəsindən gəlinməsi yolunda ilk addım olmalıdır və bunun edilməsinin ən ağrısız üsulu – onun öz komandasının əli ilə kənarlaşdırılmasıdır.
“Siyasi əksəriyyət kimi, siz yeni baş naziri öz sıralarınızdan seçməlisiniz. Deməyin ki, kimi seçəcəyinizi bilmirsiniz: siz bilirsiniz ki, sıralarınızda bu posta layiq 1-2 nəfər var. Bu seçimi siz ya təklikdə, parlament daxili və ya parlamentə aid olmayan qüvvələrlə edə bilərsiniz. Bu sizin işinizdir”, - “Sputnik Armenia” Minasyandan sitat gətirir. Keçmiş prezidentin kürəkəni bildirib ki, Ermənistanın yeni hökuməti beynəlxalq standartlara uyğun karantin tətbiq etməlidir və pandemiyaya qalib gəlməlidir. Onun sözlərinə görə heç bir ailənin aclıq çəkməməsi üçün 2-3 ay ərzində bütün ailələrə vəsait ödənilməlidir. Onun sözlərinə görə, Nazirlər Kabineti vətəndaşların komunal ödənişlərini ödəməlidir, kredit ödənişlərini dayandırmalı, həmçinin kiçik və orta biznesi vergidən azad etməlidir.
"Paşinyanı kənarlaşdırın" - Serj Sarkisyanın kürəkənindən ÇAĞIRIŞ

Bölmənin xəbərləri