Paşinyan Azərbaycana həyasızcasına çağırış etdi: "Danışıqlar prosesi davam etməli və Azərbaycan nəhayət konstruktiv mövqe tutmalıdır"

19/07/2020 - 19:04 5 506 0   1  

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Müdafiə Nazirliyində olub, burada nazir David Tonoyan və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Onik Qasparyanın rəhbərlik etdiyi Silahlı Qüvvələrin rəhbərliyi ilə görüşüb. Görüşdə xarici işlər naziri Zohrab Mnatsakanyan da iştirak edib.

Suveren.az erməni saytlarına istinadla bu barədə məlumat verir. 

Paşinyan öz çıxışında son günlər Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsinə toxunaraq Azərbaycanı suçlayıb: “Bugünkü görüşümüzün məqsədi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etməkdir. Ancaq bundan əvvəl açıq şəkildə bildirilməlidir ki, Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə təcavüzü səbəbindən bölgədəki hərbi-siyasi vəziyyət gərginləşib.

O bildirib ki, 12 iyulda Azərbaycan Silahlı Qüvvələri Ermənistan Silahlı Qüvvələrinin "Qorxusuz" adlı sərhəd məntəqəsinə hücum edib, "vəziyyəti tam anlamaq üçün bu məntəqənin sərhədinin Ermənistan Respublikası tərəfində, Ermənistan Respublikasının suveren ərazisindədir və Azərbaycanın hərəkətlərini təcavüzdən başqa cür adlandırmaq olmaz" deyə sərsəm suçlamalarına davam edib.

Eyni zamanda bildirib ki, Azərbaycan silahlı qüvvələri Tavuş rayonunun Movses, Aygepar, Çinari, Nerkin Karmirahpur kəndlərini artilleriya silahlarından və pilotsuz uçan aparatlardan atəşə tutaraq, mülki infrastruktur və yaşayış binalarına ciddi ziyan vurub. Həmçinin, Azərbaycan silahlı qüvvələrini qəsdən Ağdam kəndindəki evlərin və həyətlərin arasındaki küçələrdən Çinari kəndi ilə üzbəüz yerləşən evlərə zərbə endirməkdə və erməni silahlı qüvvələrimizin cavab zərbəsi mülki əhaliyə hücum kimi göstərmək cəhdində ittiham edib.

Həmçinin, Azərbaycan silahlı qüvvələrinin hücum hərəkətlərinin izahı olması gərəkdiyini və buna görə də bu suala cavab vermək gərəkdiyini-Azərbaycanın hərbi-siyasi rəhbərliyinin nə və niyə etmək istədiyini soruşub(m.q-artıq Qarabağı müzakirə mövzusu saymadıqlarını göstərirlər).

Daha sonra Paşinyan sərsəm sözlərinə davam edərək, deyib ki, son aylar Azərbaycan Prezidenti İlham Əliyevin həmişəki hərbi ritorikası gücləndi və o, ATƏT-in Minsk Qrupunun həmsədrliyi ilə danışıqları məhv etmək niyyətini açıq şəkildə nümayiş etdirərək, Qarabağ məsələsini güc yolu ilə həll etmək üçün daha aqressiv təhdid etdi. Bu fonda, Azərbaycan ordusunun gücü və yenilməzliyi ilə bağlı tezis inkişaf etdirildi ki, bu, son on illikdə Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına xərclənməyən milyardlarla dolların ordunu inkişaf etdirmək bəhanəsi ilə orduya xərclənməsinə haqq qazandırmaq cəhdi idi.

O çıxışına bu sözlərlə davam edib: "Azərbaycanın hərbi-siyasi rəhbərliyi davamlı bildirdi ki, Qarabağ məsələsini hərbi yolla həll etmək üçün İlham Əliyevdən əmr gözləyir. Bu davamlı ritorika müəyyən bir formada ortaya çıxmalı idi. Təbii ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyinin təcavüzkar açıqlamaları fonunda "qondarma Artsax" Müdafiə Ordusunun sayıqlığı və diqqəti ikiqat artırıldı və buna görə də Azərbaycan ən az gözləndiyimiz istiqamətdə zərbə vurmaq qərarına gəldi.

Məqsəd bir idi - gözlənilməz zərbə ilə Azərbaycan ordusunun məğlubedilməzliyi mifini, erməni tərəfinin mənəvi və psixoloji vəziyyətini hərbi uğurla sarsıtmaq və belə vəziyyətdə "qondarma Artsax Respublikasına" zərbə vurmaq.

Ermənistan Respublikası Silahlı Qüvvələri fövqəladə dərəcədə yüksək döyüş hazırlığı nümayiş etdirdi, nəinki Ermənistanın sərhədlərinin toxunulmazlığını təmin etdi, eyni zamanda on il yarım ərzində Azərbaycanın hazırkı prezidentinin yaratdığı Azərbaycan ordusunun döyüş hazırlığı mifini də məhv etdi.(m.q-əlbəttə özlərinin verdikləri itkinin miqyasını açıqlamırlar) 

Bu əməliyyatlarla Azərbaycan hərbi-texniki sahədə fəal əməkdaşlıq etdiyi ölkələrə də xeyli ziyan vurdu, çünki bu həftə ərzində Silahlı Qüvvələrimiz bütün dünyada məğlubedilməz sayılan silah növlərini məhv etdi. Ancaq bu məsələdə ən təəccüblüsü, Azərbaycanın hərbi-siyasi rəhbərliyinin, öz əsgərlərini onlara həvalə edilmiş yerinə yetirilməsi qeyri-mümkün sayılan tapşırıqlara bilərəkdən ölümə göndərilən əsgərlərinin həyatına həyasızcasına münasibətidir.(m.q-özlərinə təskinlik vermək üçün silah növlərimizi şübhə altına qoyur və rus hiyləgərliyi və xəyanəti nəticəsində şəhid olmuş hərbçilərin həyatlarını itirməsinə öz qorxaq prizmalarından yanaşma tərzini qoyurlar).

Azərbaycanın hərbi-siyasi rəhbərliyinin həyata keçirdiyi təxribat da daha geniş geosiyasi kontekstə malikdir. Azərbaycan təbliğatı uğursuzluğunu gizlətməyə çalışaraq, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycandan başlayan beynəlxalq enerji infrastrukturunu məhv etmək və sıradan çıxarmaq üçün hücum etdiyi tezisini inkişaf etdirməyə başladı. Bu, Ermənistanı qlobal təhlükə kimi təqdim etmək üçün edilir.(m.q-nəinki Ermənistan, erməniliyin özü qlobal təhlükədir).

Lakin bu fikrin absurdluğunun vacib sübutu budur ki, nəzəri cəhətdən Ermənistanın ötən həftədən əvvəl belə hərəkətlər etmək imkanı var. Ancaq Ermənistanın heç vaxt belə bir məqsədi olmayıb və heç vaxt da etmir, çünki gündəliyimizdə bölgədə və dünyada iqtisadi təhlükə yaratmaq məqsədi durmur. Bizim vəzifəmiz suverenliyimizi, sərhədlərimizi, ölkəmizin və xalqımızın təhlükəsizliyini təmin etmək, eyni zamanda qlobal təhlükəsizliyin təmin olunmasına çalışmaqdır(m.q ????). Azərbaycanınsa təkcə Ermənistan üçün deyil, həm də qlobal təhlükəsizlik üçün təhlükə yaratması bu günlərdə bəlli oldu.

Bir neçə gün əvvəl Azərbaycanın rəsmi nümayəndəsi ölkələrinin Metsamor atom elektrik stansiyasına raket zərbəsi endirə biləcəyini açıqladı. Düzdür, Ermənistan, o cümlədən Metsamor AES-in təhlükəsizliyini təmin edə bilər, ancaq bu, bəşəriyyətə qarşı cinayət kimi qəbul edilməli bir bəyanatdır, çünki belə bir hərəkət bəşəriyyətə qarşı terror aktı təhlükəsi deməkdir və müvafiq beynəlxalq cavabını almalıdır.

Bundan sonrakı hərəkətlərə gəlincə, mövqeyimiz eyni qalır. Biz hamımız nəhayət atəşkəsin pozulması ilə bağlı davamlı bəyanatlar dövründən çıxmalıyıq və atəşkəs rejiminə əməl edilməsini izləmə üçün beynəlxalq sistemi qurulmalıdır.

Və növbəti: ATƏT-in Minsk Qrupu həmsədrliyi çərçivəsində danışıqlar prosesi davam etməli və Azərbaycan nəhayət konstruktiv mövqe tutmalıdır.

Müəllifin qeydi: Danışıqlar Qarabağın ermənilərə mərhələlərlə, vaxtı uzadaraq verilməsinə xidmət edir...

Suveren.az